fbpx

Bakı şəhər 12 nömrəli orta məktəbdə dosent, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq ilə görüş keçirilib

8 Aprel 2022-ci il tarixində Bakı şəhər 12 nömrəli orta məktəbdə yazıçı-dramaturq, şair, publisist, dosent, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq ilə görüş keçirilib. Əvvəlcə hörmətli qonaq haqqında tədbir iştirakçılarına geniş məlumat verilib, haqqında videoçarx nümayiş olunub. Tədbirdə həmçinin, sözləri Şəmil Sadiqə aid olan «El bir olsa» mahnısı səsləndirilib.

 

Sonra söz Şəmil Sadiqə verilib. Məktəbin müəllim və şagird heyəti qarşısında çıxış edən yazıçı görüşün təşkil olunmasına görə məktəb rəhbərliyinə öz təşəkkürünü bildirib. Şəmil Sadiq zəngin fəaliyyətindən, çoxşaxəli yaradıcılığından danışıb.O, əmin olduğunu bildirib ki, burada söylədikləri şagirdlərin yaddaşında qalacaq və onların həyat yollarının müəyyənləşməsinə müsbət təsir edəcək.

 

Görüş şagirdlərlə dialoq üzərində qurulub. Yazıçı onların çoxsaylı suallarını cavablandırıb.

 

Daha sonra məktəbin direktoru Rahim Novruzov yazıçının məktəbə gəlişinin, müəllim və şagirdlərlə görüşünün əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, dəyərli qələm adamları ilə hər təmas onların yaddaşında dərin iz qoyur.

 

Səmimi şəraitdə keçən görüş hamıda xoş əhval yaradıb.
Tədbirin sonunda yazıçı öz kitablarını məktəbin kitabxanasına hədiyyə edib və xatirə şəkli çəkdirilib.

 

 

Qeyd edək ki, Şəmil Kamil oğlu Sadıqov 33 elmi-metodik, 5 bədii kitabın, 50-yə qədər elmi məqalənin müəllifi və ya həmmmüəllifi, onlarla kitabın redaktoru və ya rəyçisidir.2005 və 2021-cu illərdə «İlin ən yaxşı müəllimi» adına layiq görülmüşdür. 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif edilib.Hal-hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun doktorantıdır, Hədəf Şirkətlər Qrupunun Baş direktoru vəzifəsində çalışır.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 http://hedefliseyi.edu.az/testimonials/hedef-stem