fbpx

Karbüratorlu daxiliyanma mühərriki aşağıdakı hissələrdən ibarətdir (a). Yanacaq qarışığı mühərrikin 1 silindrində yanır. Silindrdəki 2 porşeni 3 sürgü qoluna birləşdirilmişdir. Porşenin irəliləmə hərəkəti sürgü qoluna geydirilən 4 çarx qolu vasitəsilə 5 dirsəkli vala fırlanma hərəkəti verir. Vala isə metaldan hazırlanmış nazimçarx bərkidilir (bax: şək. b). Porşen yuxarı hərəkət etdikdə o, silindrin qapağına çatmır. Ona görə də silindrin qapağı ilə porşen arasında həmişə boş fəza – 6 yanma kamerası olur. Silindrin qapağı 7 (daxilolma) və 8 (xaricetmə) klapanları ilə təchiz edilmiş iki kanalla əlaqələndirilmişdir. Klapanlar müəyyən edilən iş ardıcıllığına uyğun olaraq avtomatik açılır: daxilolma klapanından silindrə yanacaq qarışığı daxil olur, xaricetmə klapanından isə yanacağın yanma tullantısı xaric edilir. Silindrin qapağında klapanlardan başqa, 9 alışdırma şamı da yerləşir. Alışdırma şamının yaratdığı elektrik qığılcımı yanacaq qarışığını alovlandırır.

Daxiliyanma mühərrikləri öz adını yanacağın slindirin daxilində yanaraq öz daxili  enerjisini mexaniki enerjiyə çevisməsindən alıb.  Müasir daxili yanma mühərrikləri 4 taktdan ibarətdir.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.