fbpx

Hədəf liseyində geyim

Hədəf Liseyi olaraq çıxdığımız yolda gələcəyimiz olan uşaqların sağlam bədənə və sağlam düşüncəyə sahib olmaları bizim əsas hədəfimizdir.

Düşünürük ki, şagirdlərimizin geyimləri də onların bir fərd, bir şəxsiyyət kimi formalaşmalarına necə yanaşdığımızı özündə əks etdirməlidir. Təhsilimiz üçpilləli olduğu üçün biz də şagirdlərin geyim tərzini Hədəf Konseptinə uyğun olaraq bu pillələrə fərqləndirdik:

1. Məktəbəqədər və ibtidai siniflərdə şagirdlərimizin geyimlərinin sərbəst olmasının tərəfdarıyıq. 6-10 yaşlı uşaqların dünyaya baxışlarında rənglərin əhəmiyyəti olduqca böyükdür. Bu yaşda onlar rəngarənglikdən uzaq tutulmamalıdır. Bununla belə, liseyimizdə çalışan psixoloq və müəllim heyəti şagirdlərimizin forma və rəngləri ilə diqqət yayındıracaq qədər ifrata varan və sağlamlıqlarına zərərli ola biləcək (nazik və sintetik parçadan olan geyimlər, rahat olmayan ayaqqabılar kmi) geyimlərdən istifadə etməmələri üçün monitorinq aparıb təkliflər verəcəklər. Bu istisnalar xaric olmaqla, 6-9 yaşlı şagirdlərimizin geyimləri sərbəst olacaq.
2. 10-14 (5-8 ci siniflər) yaşlı şagirdlərimiz üçün forma liseyimiz tərəfindən təqdim olunur, formada mavi və ağ rənglər üstünlük təşkil edir. Ancaq bu yaş qrupundakı şagirdlərimizə həftənin bir günü sərbəst geyim haqqı veriləcək. Burada məqsəd şagirdlərdə geyim zövqünün formalaşmasına mane olmamaqdır.
3. 14-16 yaşlı (9-11 ci siniflər) şagirdlərimiz üçün forma liseyimiz tərəfindən təqdim olunur. Bu yaş qrupu üçün formalar bir öncəki qrup üçün olan formalardan nisbətən fərqlidir. Bu yaş qrupundakı şagirdlərimizə də həftənin bir günü sərbəst geyim haqqı verilir.

Formalarımızın rəng və dizaynlarına tanınmış psixoloq və modelyerlərlə məsləhətləşərək qərar veririk.

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.