fbpx

Laboratoriyalar

Hədəf Liseyi qarşısına ölkəmiz və bəşəriyyət üçün dəyər yaradan insanlar yetişdirməyi hədəf qoyur. Dəyər yarada bilmək üçün insan bilgili, bacarıqlı, yaradıcı və müəyyən davranış kodekslərinə və peşə vərdişlərinə sahib olmalıdır. Bu məqsədlə Hədəf Liseyinin şagirdləri təhsil ili ərzində müxtəlif fənlərdən nəzəri dərslər keçməklə bərabər, bilgi və bacarıqlarını müxtəlif laboratoriyalarda, atelyelerdə, təcrübə, sənət və idman məşğələlərində inteqrasiya edəcək və zənginləşdirəcəklər.
Hədəf Liseyi, estetika və optimallıq həllərinin tapılmasında vacib rol oynayan dizayn zövqü və bacarığını aşılamağı da Yaradıcılıq təhsilinin tamamlayıcı tərkib hissəsi kimi görür və STEM qısaltmasına öz əlavəsini edir: STEM + Y. Liseyimiz fənləri, yaradıcı düşüncəni və praktik bacarıqları eyni zamanda öyrətməklə, şagirdlərində elm və mühəndislik layihələrini hazır texnoloji məhsula çevirmək üçün lazımlı vizyonu formalaşdırır. Hədəf Liseyinin tətbiq etdiyi STEM mərkəzli təhsilin ən böyük fərqi fənlər, dil və texnologiya təhsili ilə yanaşı, sənəti və dizaynı da təhsil modelinin ayrılmaz və tamamlayıcı bir hissəsi halına gətirməsidir.

Bu vizyonu reallaşdırmaq üçün isə, nəzəri və inteqrativ praktik təhsil, harmonik çalışan qoşa qanad kimi bir-birini tamamlamalıdır. Buna görə də biz istər humanitar, istərsə də texniki və təbiət fənlərinin tədrisini ən son texnologiyalarla təmin edilmiş məkanlarda həyata keçirməyi qərarlaşdırdıq və Azərbaycan məktəblisi üçün yeniliklərlə dolu olan aşağıdakı labaratoriyaları, otaqları, muzeyi və sinifləri təşkil etdik.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.