fbpx

“Hədəfdə bir gün” layihəsi uğurla tamamlandı

“Hədəfdə bir gün” layihəsi uğurla tamamlandı

12 mart tarixində Hədəf STEAM Liseyinin Nəsimi və Qurtuluş filiallarında “Hədəfdə bir gün” sosial layihəsi çərçivəsində Liseyə bir günlük təhsil turu təşkil olundu. Layihə çərçivəsində 200-ə yaxın dövlət məktəbindən qeydiyyata yazılmış Azərbaycan və rus bölmələri üzrə 1-10-cu sinif şagirdləri olmaqla ümumilikdə 400-ə yaxın şagird iştirak etdi.
Səhər saat 08:30-da şagirdlərin foyedə toplaşması ilə başlanan layihə ilkin tanışlıq və səhər yeməyindən sonra sinif otaqlarında müxtəlif fənlərin əyləncəli tədrisi ilə davam etdi. Liseydə gəzinti – Dədə Qorqud çadırında söhbət, muzey və laboratoriyaları ilə tanışlıq şagirdlərə çox maraqlı anlar yaşatdı. Dərslərdən əlavə digər məşğuliyyətlərin – piano çalmaq, bilyard oynamaq və başqa əyləncəli oyunların təşkilindən sonra uşaqlar nahara yollandılar.
Lisey rəhbərliyinin valideynlərlə görüşü onların Lisey haqqında bilgilərini daha da genişləndirdi. Günün sonunda uşaqlara bir-birindən maraqlı hədiyyələr təqdim olundu və təmtəraqlı şəkildə yola salındı.
Hədəf konseptinin – milli-mənəvi dəyərlərin və türkçülüyün geniş formada təbliğ olunduğu Lisey ilə tanışlıq məktəblilərin yaddaşında gözəl və unudulmaz təəssüratlar buraxdı.

Layihənin yayımlanmasında dəstək olan Hədəf STEAM Liseyinin tərafaşı Green Start Academy komandasına  təşəkkürlər!

 

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 http://hedefliseyi.edu.az/testimonials/hedef-stem