fbpx

Hədəf liseyindən dünyaya sülh mesajı!

Hədəf liseyi İngilis dili kafedrasının və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) milli subyekti olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı ilə 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan layihə həyata keçirildi.

Balabilgələrimiz öz mesajlarını müasir olimpiya hərəkatının banisi Baron Pyer de Kubertenin “Ey idman, sən sülhsən!” sözlərini leytmotiv olaraq seçməklə çatdırdılar. İki gün davam edən tədbirdə şagirdlərimiz ingilis dilində idman və sülh mövzusunda müzakirələr apardılar, esselər yazdılar, rəsmlər çəkdilər. Uşaqların normal təfəkkürünün inkişafına, sağlam həyat tərzinə, idmana və sülhə sevgisinin artmasına müsbət təsir göstərən bu humanist layihənin iyirmidən çox iştirakçısına AİJA tərəfindən sertifikatlar təqdim edildi.

Təlim-tədris işləri üzrə direktor müavini Püstəxanım Səfərova çıxış edərək Hədəf Konseptində “sağlam təhsil, sağlam millət” prinsipinin önəmindən söz açaraq bildirdi ki, liseyin məqsədi sağlam və xoşbəxt bilgə insan yetişdirməkdir ki, millətin, dövlətin və bəşəriyyətin inkişafı üçün bu ən vacib məsələlərdən biridir. Daha sonra isə AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə, tərbiyə işləri üzrə direktor müavini Ravil Böyükzadə, xarici dillər kafedrasının rəhbəri Eren Kancılar, lisey bilgələri Raul Ələkbərli və Ziya Şəldiyev çıxış edərək idmanın Yer kürəsində sülhün və əmin-amanlığın carçısı olmasına, yarışlarda rəqiblərin, komandaların və atletlərin nəticədən asılı olmayaraq mübarizənin sonunda bir-birinə dostluq və mehribanlıq nümayiş etdirdiklərinə diqqət çəkərək dünyadakı bütün qarşıdurmaların belə nəticələnməsini arzu etdiklərini vurğuladılar.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 http://hedefliseyi.edu.az/testimonials/hedef-stem