fbpx

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.

Hədəf Liseyinin Bilgəsi

Hədəf Konsepti uşaqlarımızı milli dəyərlərə sahib fərdlər kimi formalaşmalarını qarşısına hədəf qoymuşdur. Bir insan isə həyata hazırlaşmaq üçün məktəbdə həyatı öyrənməli, real həyatda qarşılaşacağı rəqabət üçün mübariz və dözümlü yetişməlidir.

Biz uşaqlarımıza güvən verməli, onlarda özlərinə inam hissini aşılamalıyıq. Uşaqlarımızın, böyük işlər görməyə qadir olduqlarını onlara  kiçik yaşlarından təlqin etməliyik. Liseyimizin şəxsyiyyətyönümlü tədrisində Hədəf Liseyinin Bilgəsi adlı layihəmiz mövcuddur. Belə ki, beşinci sinifdən başlayaraq iki aydan bir hər sinif öz bilgəsini seçib Bilgələr Toyuna göndərir, Bilgələr Toyu isə Hədəf Liseyinin Bilgəsini iki aylıq müddətə seçir. İlin sonunda ən çox bilgə simvolu, Hədəf konsepti toplayan şəxsə liseyin illik bağlanış mərasimində “BİLGƏ ADAM” nominasiyası təntənəli şəkildə təqdim edilir, çıxış nitqi dinlənilir. Rəhbərlik tərəfindən ona müəyyən imtiyaz və mükafatlar verilir.

Liseyin iki aylıq müddətə seçilən Bilgəsi də müəyyən imtiyazlara sahib olur həmin müəddətdə:

  1. Valideynlərinə təşəkkür və təqdir məktubu göndərilir.

  2. Liseyin direktoru tərəfindən müəyyən mükafatlara layiq görülür.

  3.  Bir günlük Liseyin direktoru olur və büdcədən müəyyən məbləği sosial bir layihəyə xərcləmək imkanı qazanır.