Bakı Ekspo Mərkəzində “Bakutel-2018”in açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına sərgi barəsində geniş məlumat verib.
Prezident İlham Əliyev Hədəf STEM Liseyinin İnteraktiv Elm Muzeyinin stendini ziyarət edib.
Liseyin şagirdləri eksponatları nümayiş etdiriblər.
Sonda İnteraktiv Elm Muzeyinin stendi qarşısında cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə xatirə şəkli çəkilib.
Qeyd edək ki, XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində 20 ölkədən 230-dan çox şirkət təmsil olunub.