fbpx

Cambridge Beynəlxalq tədris proqramı

  

Cambridge beynəlxalq tədris proqramı qeyd olunan mərhələlərdən ibarətdir:

Cambridge Primary (İbtidai təhsil pilləsi)  –  5-11 yaşlı şagirdlər

Bu mərhələnin tədris proqramı fənləri aşağıdakı kimidir:

o Riyaziyyat

o İngilis Dili*

o İngilis Dili (ikinci dil kimi)**

o Təbiət elmləri

o İT

o Rəqəmsal Bacarıqlar

o Global Perspektivlər (tədqiqat, təhlil, qiymətləndirmə, əməkdaşlıq, ünsiyyət və digər bacarıqların öyrənilməsi)

o Təsviri İncəsənət

o Musiqi

o İdman

*İngilis Dili – özündə ingilis dili və ədəbiyyatını ehtiva edir.

** İngilis Dili (ikinci dil kimi) – daha çox dilin əməli istifadəsinin təlimini əks etdirir.

Cambridge “Primary” (İbtidai təhsil pilləsi) I və IV sinifləri əhatə edir. Mərhələ daxilində fənlər müəyyən inkişaf testləri ilə ölçülür. Bu testlər sadəcə şagirdin mövzunu anlama səviyyəsini ölçür. Səviyyələr arasında keçirilən imtahan isə Checkpoint İmtahanı adlanır və bu səviyyələrarası diaqnostik testdir. İmtahan sualları Cambridge tərəfindən göndərilir və təşkilatın özü tərəfindən də yoxlanılır. Chekpoint imtahanları İngilis dili, Riyaziyyat, Həyat Bilgisi və Global Perspektivlər fənnlərinə tətbiq edilir. Checkpoint imtahanları aprel ayında keçirilir və iyun ayında nəticələri açıqlanır.

Checkpoint imtahanlarından sonra, şagirdə və valideynə Uğur Hesabatı adlı göstərici hesabat təqdim edilir.

Cambridge Lower Secondary  (Orta təhsil pilləsi)  –  11-14 şagirdlər

Fənlər Primary ilə eyni adda olub, daha üst səviyyəli mövzuları əhatə edir və beləliklə varislik prinsipi qorunur. İmtahan sistemi yuxarıda qeyd olunan mərhələ ilə eynidir.

Mərhələnin sonunda şagirdlər İGSCE imtahanına daxil olurlar. İGSCE imtahanı bir nəfər üçün müəyyən məbləğ olaraq hesablanır. İmtahan qiymətinin məbləği fəndən asılı olaraq dəyişir. Nəzərə alınmalıdır ki, İGSCE imtahanları universitetə qəbulu təmin etmir, sadəcə olaraq universitetə qəbul şansı verəcək A Level imtahanlarına girişə haqq qazandırır. Sadəcə “İGSCE English” şagirdnin universitetdə ingilis dilində hazırlıq sinifi oxumaqdan azad edir. Bu imtahanın İELTS və TOEFL-dan fərqi qüvvədən düşmə müddətinin olmamasıdır.

İGCSE imtahanları ildə iki dəfə iyun və oktyabr aylarında keçirilir. İyun ayında imtahana girən şagird kəsildiyi təqdirdə oktyabr ayında eyni imtahana girmə haqqına sahibdir. İGSCE imtahanlarından kəsilən şagirdin taleyini Cambridge məktəbə əmanət edir və əlavə olaraq bunları təklif edir:

  1. a) Məktəbdən kənarlaşdırma
  2. b) Milli kurrikuluma keçirmə
  3. c) Əlavə dərslərlə şagirdin dəstəklənməsi

A level imtahanları da eyni formatı izləyir. Qeyd olunmalıdır ki, İGSCE imtahanına giriş üçün şagird fənn üzrə 180 saat, A level üçün isə 260 saat dərs keçməlidir.

A level imtahanı şagirdə fakultə və universitetdən asılı olaraq giriş imkanı təmin edir. Universitetin prestijindən asılı olaraq 3 və daha artıq (A) ola bilər. Minimum 3 A level universitetə qəbulu təmin edir. Bununla yanaşı şagird daha prestijli universitetə qəbulunu 100% olaraq təyin etmək istəyirsə 2 A level daha verməsi məsləhət görülür. Aşağıda adı çəkilən A level imtahanları istənilən universitet qəbulunda baza A level imtahanlarının yanında böyük üstünlük olaraq görülür.

– Riyaziyyat

– İngilis Ədəbiyyatı

– Fizika

– Biologiya

– Kimya

– Coğrafiya

– Tarix

– Dillər (Klassik və Müasir)

Cambridge Beynəlxalq tədris proqramı 13 tədris ili üçün hesablanmışdır. Bu da yerli 11 illik təhsildən 2 il artıqdır. Lakin, beynəlxalq kurrikulumlu məktəblərə bir il əlavə tədris haqqı tanınması nəzərə alınmaqla, aşağıdakı bölünmə effektiv tədrisi təmin edə bilər:

 

I-V siniflər – Primary
VI-VII siniflər – Lower Secondary
VIII-IX siniflər – Upper Secondary
X-XII siniflər – İGSCE və A level

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.