İnteraktiv Elm Muzeyi mühəndis-layihəçi Elçin Abbasov tərəfindən yaradılmışdır. Ölkəmizdə fəaliyyətə başlayan ilk interaktiv muzey olub onlarla rəngarəng eksponatı özündə cəmləşdirir. Hədəf Liseyi Nəsimi filialının 5-ci mərtəbəsində yerləşən muzey həftə sonları öz ziyarətçilərini qarşılayır. 60-90 dəqiqə davam edən ekskursiyalar həm böyüklərin, həm də şagirdlərin marağına səbəb olur. Muzeydə əsasən təbiət elmlərini əhatə edən eksponatlar sərgilənir.
Bu səyahətin kimya, fizika, biologiya, riyaziyyat və coğrafiya müllimləri üçün maraqlı olacağına inanırıq. Həmçinin təbiət elmlərinə maraq göstərən bütün müəllimlər iştirak edə bilər.
Muzeyi soaial şəbəkədə izləyin:
facebook: https://www.facebook.com/ElmMuzeyi
instagram: https://www.instagram.com/elmmuzeyi/?hl=ru