fbpx

Hədəf STEAM Liseyinə qəbul qaydaları

Hədəf STEAM Liseyinə 2022-2023-cü tədris ili üçün qəbul-güzəşt qaydaları

10 aprel tarixində Hədəf Liseyi Nəsimi və Qurtuluş filiallarına 2022-2023-ci tədris ili üçün qəbul-güzəşt imtahanı keçiriləcəkdir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. Hədəf Liseyi milli və bəşəri dəyərlərə önəm verən milli təhsil brendidir, bunun üçün də istedadlı şagirdlərə dəstək olmaq, onların gələcəyinə yaxşı mənada təsir etmək məqsədi ilə şagirdlərin təhsil xərclərini tam və ya qismən olaraq öz üzərimizə götürməyə qərar verdik. Düşünürük ki, haqqı çatan, amma imkanı olmayan şagirdlər də bu şansdan yararlanaraq, özəl liseydə təhsil alıb, ölkəmizin və dünyamızın gələcəyinə faydalı bir insan kimi təqdim edilə bilərlər.

Sözsüz ki, güzəştlərdən yararlanmaq üçün şagirdlər müəyyən imtahandan keçərək bu şansı əldə etməlidirlər.

İmtahan nəticəsinə əsasən təhsil haqqına 10-larla şagirdə 100%, 100-lərlə şagirdə isə 70-10% dəyərində güzəşt imkanı yaradılacaq.

Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), Rus bölməsi üçün II-IX siniflər üzrə (3-10-cu siniflərə qəbul), keçiriləcəkdir.

QEYD: Hadaf Cambridge İnternnational School üzrə qəbul məktəbəqədər, 1,2,3-cü siniflər üzrə aparılır, bu tədris ili üçün ingilis bölməsinə güzəşt nəzərdə tutulmayıb!

I və II siniflərə qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibə hər şagird üçün 25-30 dəqiqə müddətində davam edir. Müsahibə şagirdin məntiqi mühakimə qabiliyyətini, əl motorikasını, dünyagörüşünü, psixoloji durumunu, özünüifadə qabiliyyətini, yaş səviyyəsinə uyğun bilik bazasını ölçən sualları əhatə edir.

Qəbul-güzəşt imtahanı 4 fəndən ibarət olmaqla Azərbaycan və Rus bölmələri üzrə keçirilir: Tədris dili (Azərbaycan və rus dilləri) 20 sual, riyaziyyat 20 sual, İngilis dili 20 sual, məntiq və dünyagörüş 10 sual. Suallar ümumilikdə şagirdin təhsil aldığı ili əhatə etsə də, öncəki illərin mövzualrından da 50%-dən çox olmamaq şərtilə suallar salına bilər. 9 və 10-cu siniflər üzrə güzəşt imtahanı buraxılış imtahanı proqramına uyğun hazırlanır. İmtahan müddəti 120 dəqiqədir.

“Dünyagörüş və məntiq” üzrə proqram

Dünyagörüşü konkret şəxsin və ya cəmiyyətin dünyaya və orada gedən proseslərə münasibəti, məntiqli, düşünülmüş baxışlar toplusudur.

Uşağın şəxsiyyəti onun mədəni inkişafı nəticəsində formalaşır. Bunun üçün də vacıb şərt onun təhsilidir.Uşağın dünyagörüşünün və şəxsiyyətinin daha sabit forması ilk dəfə məktəb yaşlarında görünür.Tədricən uşaq düşüncələrinin gedişatına nəzarət etməyi öyrənir, düşüncə proseslərini tənzimləməyə və seçməyə başlayır.

Bu məqsədlə uşaqların düşünməyə və təhlil etməyə, dünyagörüşünə arxalanaraq özünü həyatda təhlükəsiz hiss etməyə, maraqlarını ən məqsədəuyğun şəkildə idarə edəcəyini bilmək üçün təqdim etdiyimiz proqrama əsasən tapşırıqlarımızı imtahan prosesinə daxil etmişik.

I. Dünyagörüş

1. Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti.

2. Azərbaycan Respublikasının coğrafiyası.

3. Azərbaycanın tarixində ən mühüm tarixi günlər

4. Vətən Müharibəsi- Zəfər

5. Azərbaycan Respublikasının dövlət rəmzləri

6. Dünya ölkələri

7. Davranış qaydaları (Etika qaydaları, Yol hərəkəti qaydaları, Fövqaladə hallarda təhlükəsizlik qaydaları, sanitar-gigiyenik qaydaları və s.)

II. Məntiq

1. Verbal məntiq (uyğunluq, anaqram)

2. Şəkil-ədəd əlaqələri

3. Ardıcıllıq

4. Fərqli fiqurun tapılması

5. Kəsiklər.Xəyali birləşdirmə

6. Fəza fiqurları ( kubların açılması)

7. Şifrələr

8. Məsələlər

9. Cədvəl

10. Rebus

Qəbul- Güzəşt imtahanının nəticəsinə əsasən təhsil haqqına:

91%-100% nəticə göstərən şagirdlər – 100% güzəşt;

81%-90% nəticə göstərən şagirdlər – 70% güzəşt;

71%-80% nəticə göstərən şagirdlər – 30% güzəşt;

61%-70% nəticə göstərən şagirdlər – 20% güzəşt;

51%-60% nəticə göstərən şagirdlər – 10% güzəşt:

QEYD: Bütün Güzəştlər təhsil haqqına şamil edilir, digər xidmətlərə aid edilmir. Belə ki, tədris ili ərzində istifadə edilən digər xidmətlər: tədris resursları, uniforma, vəsaitlər, proqram təminatı, tədris prosesinə aid nəqliyyat, sınaq imtahanları, yemək və s. ümumilikdə 1500 manat təşkil edir.

Güzəştlərlə bağlı əlavə qaydalar:

1. Əgər siz övladınız üçün ön müqavilə bağlayaraq güzəşt imtahanında iştirak edirsinizsə, o zaman güzəşt əldə etməsə, bağladığınız müqavilə qüvvədə qalır, əgər güzəşt əldə edibsə, o zaman həmin güzəşt hesablanılır.

2. Güzəştlər heç bir halda toplanılmır, ən böyük güzəşt nəzərə alınır. Bütün güzəştlər Elmi-Pedaqoji Şuranın təyin etdiyi əsas məbləğlər üzərindən hesablanılır.

3. 50-100% güzəşt əldə etmiş şagirdlərin ödənişləri hissələrə bölünmür, birdəfəlik ödənilir və bu zaman birdəfəlik ödəniş güzəştindən istifadə edilmir.

4. Hazırda Hədəf Liseyində təhsil alan şagirdlərin də bu güzəşt imtahanında iştirak etmə hüququ var və bu zaman onlarla kənar şagirdlər arasında heç bir ayrıcalıq nəzərdə tutulmur.

5. Bütün güzəştlər 2022-2023-ci tədris ilinin təsdiq edilmiş əsas ödəniş məbləği üzərindən aparılır.

6. Güzəşt imtahanında qazanılan güzəşt bir il üçün keçərlidir və hər il keçirilən güzəşt imtahanında əldə edilən bilik nəticəsinə görə təyin edilir.

7. Şəhid övladlarına 50% güzəşt edilir.

8. Qazi övladlarına 30% güzəşt edilir.

9. Bir ailədən ikinci uşağa görə 10%, üç və daha çox uşağa görə hərəsinə 15% əlavə güzəşt edilir.

10. Hədəf Şirkətlər qrupunda çalışanların övladları üçün 10% güzəşt edilir.

11. Birdəfəlik ödənişlərə 5% güzəşt edilir.

12. Güzəştlər sadəcə təhsil haqqına şamil edilir.

Güzəşt imtahanından necə iştirak etmək olur?

İmtahana giriş kuponunu Hədəf liseyinin hər iki filialından və Hədəf kurslarının bütün filiallarından əldə edə bilərsiniz. Güzəşt imtahanı iki mərkəzdə: Hədəf Liseyi Nəsimi və Qurtuluş filialında keçirilir. Güzəşt imtahanına qeydiyyat 1 fevral-9 aprel tarixlərində davam edəcək.

Güzəşt imtahanına giriş kuponu 10 AZN təşkil edir.

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.