fbpx

İbtidai təhsil

Hədəf Liseyində ibtidai siniflərə qəbul Azərbaycan və Rus bölmələri üzrə aparılır. Hədəf Liseyi bir STEM məktəbi olduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumlardan əlavə STEM təhsilinin tələblərinə uyğun olaraq yeni kurikulumlar da dərs proqramına əlavə edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planına görə şagird bir həftə ərzində 20-25 (I-IV siniflərə görə saatlar dəyişir) saat dərs keçir, liseyimizdə tədris saatları isə həftəlik 40-45 saata çatır. Tədris proqramına əlavə olunan bu 20 saatda şagirdlər STEM təhsilinin tələblərinə uyğun olaraq praktik məşğələlərlə, xüsusi proqramla xarici dil dərsləri ilə, yaradıcılıq klublarında, dərnəklərdə təşkil edilən sosial fəaliyyətlərlə məşğul olur, elmdə qarşıya qoyulan inteqrasiya prinsipinə müvafiq olaraq İnteqrasiya Mərkəzi və fənn emalatxanalarında bilik və bacarıqlarını artırırlar.
Hədəf Konseptinin məhz aşağı siniflərdən başlaması, qarşımıza qoyduğumuz Bilgə İnsan yetişdirmə hədəfimizin təzahürüdür.
Təhsil Nazirliyinin “Sağlam Təhsil, Sağlam Millət” proqramına əsasən çağdaş standratlara cavab verən siniflərdə uşaqlarımızın sağlam böyüdür və gələcəyə hazırlayırıq.
Biz şagirdlərin evlərində ailələri ilə əyləncəli vaxt keçirmələri üçün bütün tədris prosesini məktəbdə aparır, gündəlik öyrənmə planını elə məktəbdə tamamlayırıq. Şagirdlərimiz evə hər hansı bir tapşırıqla getmədikləri üçün dərs vəsaitləri də məktəbdə, hər şagirdin şəxsi dolabında qalır.
Hədəf Konsepti milli və bəşəri dəyərləri addımbaşı uşaqlara aşılayaraq sabahın Özünə inanan, Sağlam, Bacarıqlı, Yaradıcı və Bilikli İnsanını yetişdirməyi qarşısına məqsəd qoymuşdur!

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.