fbpx

Məktəbəqədər təhsil

Hədəf Liseyində məktəbəqədər hazırlıq proqramı STEM+Y təhsil proqramına əsasən həyata keçirilir. Biz artıq bu sahədə 3 ildir çalışırıq və Hədəf Kurslarının bazasında STEM əsaslı məktəbəqədər proqramı tədris etmiş və müvafiq təcrübə qazanmış mütəxəssislər komandası hazırlamışıq.

✔Şagirdlərimiz Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və Yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə,  toxunaraq  öyrənməklə atacaqlar, bu yaş dövrü maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılması baxımından çox əhəmiyyətlidir.

Peşəkar müəllimlər tərəfindən aparılan dərslərin ayrılmaz hissəsi praktik məşğələlərdir. Liseyimiz məktəbəqədər şagirdlərimizin fiziki və intellektual inkişaf potensiallarının reallaşması üçün bütün zəruri fiziki, psixoloji və pedaqoji şəraiti təmin edir. Liseyimizin 5-6 yaşlı şagirdlər üçün nəzərdə tutulmuş məktəbəqədər hazırlığı Azərbaycan və Rus bölmələrindən ibarətdir.

Bu mərhələdəki təhsil sistemi aşağıdakı şəkildə təşkil olunmuşdur:

✔Dərslər həftədə 5 gün, 20 saat olmaqla peşəkar müəllimlər tərəfindən keçirilir.

✔Dərslər  5-6 yaşlı uşaqlardan ibarət 10-15 nəfərlik qruplarda keçirilir.

✔Tədris müddəti 9 aydır (sentyabr-may ayları).

Dərslər 2 növbədə aparılır  və hər növbə üçün 2 məşğələ nəzərdə tutulur.

(I növbə 09:00-dan 13:00-dək, II növbə 14:00-dan 17:00-dək)

Bizim təhsilimiz məktəbəqədər şagirdləri hansı istiqamətlərdə inkişaf etdirir ?

✔İlkin savad
✔Nitq qabiliyyətinin inkişafı
✔Riyaziyyat
✔Ətraf aləmlə tanışlıq
✔Təsviri incəsənət və musiqi
✔Xarici dillərlə ilkin tanışlıq
✔Əl motorikasının inkişafı
✔Rəqs
✔Yaradıcı fəaliyyət
✔Məntiqi mühakimə
✔Davranış qaydaları
✔İlkin mühəndislik bacarıqlarının formalaşması

✔Robotexnika və kompüterlə tanışlıq

İlkin savad və nitq qabiliyyətinin inkişafı məşğələsi
✔Əlifba vasitəsilə sözlər qurur;
✔Sözləri hecalara ayırır;
✔Cümlələri sözlərə ayırır;
✔ Sözdə səslərin say və ardıcıllığını müəyyənləşdirir;
✔ Öz fikrini rabitəli şəkildə çatdırır;
✔ Zəngin söz ehtiyatına sahib olur;

Riyaziyyat və məntiq məşğələsi
✔10 dairəsində sayma, hesablama və ölçmə əməliyyatları aparır;
✔10-a qədər düzünə və tərsinə sayır;
✔ Əşyaları əlamətinə görə sinifləndirir;
✔Sadə riyazi əməliyyatlar və konstruktiv bacarıqlar nümayiş etdirir;
✔ Məkan və zamanla bağlı ilkin riyazi əməlləri yerinə yetirir.

Ətraf aləmlə tanışlıq məşğələsi
✔Ətraf aləm məşğələsində ətraf mühitlə ilkin tanışlığa yiyələnir;
✔ Canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış bacarığı formalaşdırır;
✔Ətraf mühitdə baş verən hadisələr, eləcə də ailə, cəmiyyət və vətən haqqında sadə biliklərə yiyələnib təqdimatlar edir;

Xarici dil məşğələsi
✔Xarici dil olaraq rus və ingilis dilləri tədris edilir. Yaş xüsusiyyətləri nəzərə alınaraq dərslər musiqili və əyləncəli şəkildə keçirilir.

Yaradıcılıq məşğələsi
✔Uşaqlarda estetik zövq formalaşdırmaq üçün rəsm, rəqs və yaradıcı iş məşğələləri keçirilir.

✔Dünyagörüşlərinin artırılması məqsədi ilə bayram, tədbir, şənlik və ekskursiyalar təşkil edilir.

Məntiqi mühakimə məşğələsi

✔ Məntiq dərslərində səbəb-nəticə əlaqələri sadə formada izah edilir, müxtəlif intellektual oyunlar və tapmacalarla məntiqi mühakimə qabiliyyətləri və diqqət toplama bacarıqları artırılır.

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.