fbpx

Orta Təhsil

Hədəf STEM Liseyində İbtidai siniflərə qəbul Azərbaycan və rus bölmələri üzrə aparılır. Hədəf Liseyi bir STEM məktəbi olduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumlardan əlavə STEM konseptinin tələbinə uyğun yeni kurikulumları da dərs proqramına əlavə etmişdir.

Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planına görə şagird bir həftə ərzində 26-32 (V-VIII siniflərə görə saatlar dəyişir) saat dərs keçir, liseyimizdə həftəlik dərs həcmi 52 saata çatır.
Hədəf Liseyində hər şagirdin akademik inkişafı tədris ilinin əvvəlində təyin edilmiş müəllim tərəfindən davamlı monitorinq edilir. Liseydə tətbiq olunan fərdi dəyərləndirmə metodu vasitəsilə hər şagirdin inkişafı ayrılıqda müşahidə edilib dəyərləndirilir. Bu dəyərləndirmələrin nəticələrinə əsasən tədris metodologiyası və proqramlar qurulur.
Tədris prosesində STEM-in tələblərinə uyğun olaraq praktik məşğələlərə ciddi əhəmiyyət verilir, laboratoriyalarda aparılan təcrübələr Şagird Biliklərinin Müşahifədi üçün başlıca faktor sayılır. Hər ay keçirilən layihə yarışlarında mühəndislər, texniklər, menecerlər, dizaynerlər, marketoloqlar öz proyektləri ilə sabaha addım-addım hazırlaşırlar.
Hədəf Liseyində klub və atelye fəaliyyətləri şagirdlərin fiziki, zehni və sosial yönlərinin inkişafına kömək edir. Çağdaş dövrümüzdə elm və texnologiyanın sürətli inkişafı bir çox dəyişiklik və yeniliklərə yol açır. Tədris proqramları da bu inkişafa uyğun olaraq daima nəzərdən keçirilir. Hədəf Liseyi bu dəyişlik və inkişaf tempiylə ayaqlaşa biləcək innovativ metodlarla ölkəmizin gələcək inkişaf kursunu müəyyən edəcək mütəxəssisləri yetişdirmək üçün həyat boyu öyrənməyi vərdiş halına gətirən proqramlar tətbiq etməyi hədəfləyir.
Məktəbimizin tədris proqramında nəzəri dərslərə paralel və onları tamamlamaq məqsədiylə, bacarığı, marağı, dəyərlərə sahib çıxmağı, istehsal etməyi, ünsiyyəti, toxunaraq öyrənməyi öyrətməyi hədəfləyirik. Şagirdlərimizin araşdıran, mühakimə etməyi bacaran, analiz edən, kəşfə meyilli, özünəinamlı olmaları əsas məqsədimizdir. Bütün tətbiq etdiyimiz proqramlarda şagirdlərin fərdi xüsusiyyətləri və öyrənmə tərzləri diqqətə alınır. Şagirdlərimizin fiziki, elmi, sosial, sportiv, mədəni inkişafları diqqətlə izlənərək onlara uyğun proqramlar tətbiq edilir.

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.