fbpx

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.

Şagird inkişafının müşahidəsi (ŞİM)

Hədəf Liseyi öz innovativ konseptinə sadiq qalaraq, qiymətləndirmədə yeni model tətbiq edir. HK (Hədəf Konsepti) beynəlxalq təhsildə qiymətləndirmə kimi tanınan ifadədən yox, ŞİM (Şagirdin inkişafının müşahidəsi) terminindən istifadə edəcək.

Dünyanın bir çox qabaqcıl ölkələrinin təhsil strategiyalarında şagirdlərin imtahanlarla yüklənməsinə son vermiş, öyrənmənin sadəcə şagirdin özünə maraqlı olacağı halda reallaşacağını qəbul etmişlər. Ancaq dünyanın bəzi ölkələrində hələ də uşaqlar imtahanla yarışa təşviq edilir, verilən qiymətlərlə onlara sanki birinin digərindən daha ağıllı və bacarıqlı olduğu psixologiyası aşılanır. Artıq təhsil mütəxəssisləri müəyyənləşdiriblər ki, hər şagird bacarıqlıdır və ya hər bir şagirdin müəyyən bacarığı var. Buna görə də bütün şagirdləri eyni meyarlarla ölçmək əvəzinə, hər insanın özünəməxsus bacarığının aşkarlanması və inkişaf etdirilməsi daha məqsədəuyğundur.
Bunu nəzərə alaraq, biz də liseyimizdə şagirdlərimizin öyrənmə prosesindəki inkişafını müşahidə etməklə kifayətlənəcəyik və yaxından tanış olduqda valideynlərimiz də bizim Şagird İnkişafını Müşahidəmizin qiymətləndirmənin başqa forması olmadığına qane olacaqlar.
“Qiymətləndirmə olmadan mümkün deyil” deyə düşünənlər, ilk addım atdıqlarında, ilk kitablarını oxuduqlarında, yeni bir məlumat öyrəndikdə və ya bir kompüter proqramını və ya telefonun bir funksiyasını ilk dəfə istifadə etdikdə aldıqları zövqü xatırlasınlar və heç kimin onları bu uğurlarına görə qiymətləndirmədiyini yada salsınlar. Biz, şagirdlərimizi qiymətləndirmə ilə rəqabətə dəvət etməyəcəyik, uğurlarına sevinib, özünün motivasiya olması ilə inkişaf etməsini təmin edəcəyik.

HK-də ŞİM 3 formada aparılacaqdır.

1. Məktəbəqədər və ibtidai siniflərdə, ümumiyyətlə heç bir yazılı imtahan olmayacaq. Sadəcə müəllimlər şagirdlərinin inkişaf prosesini izləyəcək və şagirdlərin əylənərək öyrənmələri və öyrənərkən əylənmələri valideyinlərimizə əyani nümayiş olunacaqdır. Şagirdlərin hazırladıqları elmi iş və layihələri və bədii və texniki əl işlərini, klub və debatlardakı fəaliyyətlərini, özlərinə və yoldaşlarına dəyər vermələrini müşahidə edərək, övladlarının inkişafına şahid olacaqlar.
2. 5-8-ci siniflərdə təhsil ilində sadəcə iki dəfə KİQ (Kiçik İnteqrativ Qiymətləndirmə) və iki dəfə də BİQ (Böyük İnteqrativ Qiymətləndirmə) keçiriləcəkdir. Bu qiymətləndirmə növü isə məhz Hədəf Konseptindən qaynaqlanır. Belə ki, şagirdlər iki aydan bir müxtəlif fənlərin inteqrasiya olunması ilə hazırlanmış 50 suala cavab verəcəklər. Şagird bir suala cavab verdikdə, biliyi bir neçə fənn üzərindən müəyyənləşdiriləcəkdir. Nəticədə toplayacağı maksimum bal 50 olacaqdır. Bu 50 bal üzərindən müəyyənləşdirilən ŞİM bütün bilik və bacarıqlara şamil ediləcəkdir. Pedaqoq Şəmil Sadiqin İnteqrativ Qiymətləndirmə nəzəriyyəsinə əsaslanan ŞİM hazırlanarkən şagirdə dərs deyən müəllimlər birgə fəaliyyət göstərəcək ki, bu da şagirdlərin inkişafını və psixoloji halını müəllimlərin birlikdə dəyərləndirmələrinə imkan yaradacaq.
3. 9-11-ci sinif şagirdləri üçün keçirilən ŞİM isə ənənəvi üsullara söykənərək 100 ballıq sistem üzərindən aparılacaq. 9-cu siniflərdə iki MQT (Mövzu Qiymətləndirmə Testi) və iki ÜQT (Ümumi Qiymətləndirmə Testi), 10-cu siniflərdə dörd MQT və iki ÜQT, 11-ci siniflərdə 6 MQT və 2 ÜQT keçiriləcəkdir. Bu mərhələdə isə, şagirdlər inteqrasiyanı mənimsədikləri və şəxsiyyət kimi formalaşdıqları üçün diferensasiya prosesini izləyəcəyik. Hər fənn üçün ayrıca keçiriləcək ŞİM prosedurunu, buraxılış və qəbul imtahanı izləyəcəkdir.

QEYD: Niyə yuxarı siniflərdə də qiymətləndirməninin ləğv edilmədiyi soruşula bilər. Biz düşünürük ki, 10 yaşa qədər uşaqlarda inkişaf prosesi sürətlə getdiyi üçün onlara rəqabət aşılamaqdansa, fiziki və psixoloji sağlamlıqlarını qorumaq, uşaqlara zəngin və rəqabətdən uzaq mühit hazırlamaq daha vacibdir. Sağlam bədən və sağlam düşüncənin bünövrəsi düzgün və möhkəm qoyulduqda isə, sonrakı mərhələlərdə keçiriləcək ŞİM-lər şagirdlərdə rəqabət duyğusu və psixoloji gərginliklər yaratmayacaq.