Hədəf Liseyinin bir STEM məktəbi olması xarici dilin tədrisini ikiqat zərurət halına gətirir. Bunu nəzərə alaraq, Hədəf konseptinə birinci sinifdən etibarən həcmi 10 saatdan başlayan ingilis dili tədrisi əlavə etdik. 10 illik təcrübəmizə və təcrübəli pedaqoqlarımıza istinad edərək valideynlərimizi, şagirdlərimizin təhsillərini başa vurduqda dil bilgilərinin ən yüksək səviyyədə olacağına əmin edirik. Ayrıca ingilis dili bölməsi açmaqdansa, Azərbaycan və rus bölmələrində oxuyan bütün şagirdlərə ingilis dili tədris etmək qərarına gəldik. Hədəf Konseptinə uyğun olaraq, eyni sinfə ingilis dilini oxu, danışıq və qrammatika və texniki ingilis dili olmaqla, üç müəllimin tədris etməsini planlaşdırdıq.
Məşhur London avtobusu atmosferi verilərək hazırlanmış linqofon otağı, kino zalı və debat klubu şagirdlərin xarici dili əylənərək və istifadə edərək mənimsəmələrinə şərait yaradır.
5-11-ci sinif şagirdlərimizə əlavə olaraq Koreya, Çin və Alman dilləri xüsusi klublarda tədris ediləcək.
- London sinifi