fbpx

Hesablama düşüncəli təhsil nədir?

Müasir dövrdə “hesablama düşüncəsi” (Computational Thinking) yalnız kompüter mühəndislərinin deyil, bütün insanların gündəlik həyatda qarşılaşdıqları problemləri həll etmək qabiliyyətlərini artırmaqda əhəmiyyətli rol oynayır.

Hər yeni dövrün özü ilə gətirdiyi fərqli problemlər vardır və bu problemləri həll etmək üçün fərqli həll üsulları tətbiq olunur. Buna görə də, “dijital vətəndaşlar” adlandırdığımız dövrün uşaqlarını hazırlamaq üçün rəhbərlik rolunu icra edən müəllimlər yeni tədris üsullarını mənimsəyib inkişaf etdirməlidirlər.

Hesablama düşüncəsi metodu, problemlərin həlli, tənqidi düşüncə və insan-kompüter problemlərinin həllinə yönəlmiş bütün vasitələr kimi qəbul edilə bilər. Hesablama düşüncəsinə yiyələnmiş bir şəxs;

  • Problemləri kompüter və ya başqa İT vasitəsindən istifadə edərək həll etməyi bacara bilər;

  • Məlumatları məntiqi olaraq sistemləşdirə və təhlil edilə bilər;

  • Məlumatları modellər və ya simülasiyalar yolu ilə göstərə bilər;

  • Cavabları alqoritmik yanaşma ilə avtomatlaşdıra bilər;

  • Mümkün həlləri, mümkün mərhələləri və qaynaqları ən effektiv və operativ şəkildə birləşdirərək müəyyən edə, analiz edə və tətbiq edə bilər,

  • Problemin həlli prosesini digər problemli vəziyyətlərə köçürə və ümumiləşdirə bilər.

  • Hesablama düşüncəsi, bu konteksdən görüldüyü kimi, yalnız bilik, informasiya və kommunikasiya texnologiyaları sahələrini deyil, elm, riyaziyyat və sosial elmlər kimi digər sahələrdə də şagirdlərin operativ və effektiv düşünmə vərdişlərinə yiyələnmələrinə kömək edir.

Fərq yarada bilmək üçün fərqli düşünə bilmək lazımdır.

İnformasiya Texnologiyaları dərsində şagirdlərimiz dijital vasitələrdən effektiv istifadə etməyin yollarını öyrənir, eyni zamanda problemlərin həlli və analitik düşüncəni inkişaf etdirmək üçün araşdırmalar aparırlar.

“Kodlaşdırma saatı” başlığı altında “fərqli düşünməyi” öyrətməyi hədəflədiyimiz təhsil pilləmiz Hədəf Liseyində 5-15 yaş intervalını əhatə edir. Sonrakı yaş qruplarında paketlər üzrə İT tədrisimiz üzrə ixtisaslaşma aparılır.

“Kodlaşdırma saatı” ilə şagirdlərimiz həm gələcəyə hazırlanır, həm də fərqli dizaynlar ortaya qoyaraq müasir dünyaya yeniliklər qatmaq üçün hazırlanırlar. Gələcəyin mühəndislərini, dizaynerlərini və alimlərini yetişdirməyi hədəfləyən Hədəf Liseyi ilə  uşaqlarımıza fərqli və yaradıcı düşünməyi öyrətməyə davam edəcəyik.

“Kodlaşdırma saatı” dərsinin hədəfi nədir?

Azərbaycanda ilk dəfə Hədəf Liseyində və 5 yaşdan etibarən tədris olunan kodlaşdırma dərsi, uşaqlarımızın dijital və alqoritmik düşünmə bacarıqlarını inkişaf etdirməyi, onların informasiya və rabitə texnologiyalarının fəal  istifadəçisi olmalarını, dijital vasitələri  proqramlaya bilmələrini, yeni ideyalar yaratmalarını və ideyalarını reallaşdıra bilmələrini hədəfləyir. “Kodlaşdırma saatı”, Hədəf Liseyi müəllimlərinin rəhbərliyi ilə məktəbəqədər təhsil tərbiyəçiləri və kompüter müəllimləri tərəfindən işlənib hazırlanmışdır. İnformasiya texnologiyaları müəllimləri, məktəbəqədər müəllimlər və xarici dil müəllimlərinin rəhbərliyi ilə tətbiq edilən “Kodlaşdırma saatı”na aşağıdakı mövzular daxildir:

  • Kompüter elminin əsas anlayışları

  • İnformasiya və kommunikasiya texnologiyalarının istifadəsi

  • Dijital vətəndaşlıq

  • Tablet tətbiqləri

  • Alqoritmik düşünmə

  • Proqramlaşdırma

  • Animasiyaların hazırlanması

  • Dijital oyunların dizaynı

 

“Kodlaşdırma saatı” ilə uşaqlarımızda ideyalar yaratma  və ideyalarını texnologiyadan istifadə edərək həyata keçirə bilmə bacarıqlarının formalaşmasını hədəfləyirik.

“Kodlaşdırma saatı”nın əsas məqsədi uşaqlarımıza təkcə kompüter elmləri və informasiya və kommunikasiya texnologiyaları ilə əlaqədar məlumat vermək və bacarıqlar qazandırmaq deyil, eyni zamanda XXI əsr bacarıqları arasında sayılan,  hər müasir şəxs üçün faydalı olan “dijital düşüncə metodunu” (Computational Thinking Method) təhsilin ayrılmaz hissəsinə çevirməkdir.

Oyun dizayn atelyesi

Oyun Dizayn Atelyesinde 7-15 yaş arası şagirdlərimiz ilkin dizayn bacarıqlarına yiyələnmək üçün oyunlar dizayn edirlər. Oyun dizaynı  məşğələlərində iştirak edən şagirdlər oyunların dizayn mərhələləri, elementləri və funksiyalarını əvvəlcədən hazırlayır, xəyallarını kağız üzərində əks etdirir, tablet proqramlarından istifadə edərək inkişaf etdirir, sonda konkret oyunların prototiplərini yarada bilirlər. Şagirdlərimiz oyunları əvvəlcə zehinlərində təsəvvür edir, sonra kağıza köçürür və nəhayət aldıqları dərslərin köməyi ilə dijital platformada oyunu təkmilləşdirib tamamlayırlar.

Oyun Dizayn Atelyesi məşğələləri üç əsas mərhələdən ibarətdir:

  1. İlk mərhələdə ümumi fikirlər: hekayə, oyun və film anlayışları müzakirə edilir.
  2. İkinci mərhələdə şagirdlər əvvəldən bildikləri bir oyun üzərində çalışırlar. Həmin oyunun xüsusiyyətlərini müzakirə edir, oyunun qaydalarını araşdırırlar. Bəzi qaydalar dəyişdirildikdən sonra oyunu yenidən oynayırlar. Oyunun əvvəlki forması ilə yeni forması müqayisə edilir və beləcə şagirdlərin oyununun xüsusiyyətlərini yaxşıca qavramaları təmin edilir.
  3. Son mərhələdə isə “Öz oyunumu yazıram” layihəsi həyata keçirilir. Bu mərhələdə şagirdlər oyun yarada biləcəkləri bir dijital tətbiqi istifadə etməyi öyrənirlər və əvvəlki mərhələlərdə əldə etdikləri bilik və bacarıqları istifadə edərək tamamilə öz təxəyyüllərinin əsəri olan yeni bir oyun hazırlayırlar.

Biz uşaqları yalnız oyun oynayan deyil, eyni zamanda oyun yaradan, ümumiyyətlə təkcə istehlakçı deyil, həm də istehsalçı olan fərdlər kimi yetişdirməyi planlayırıq.

Robot texnologiyasının məqsədi

Hədəf Liseyi robot texnologiyası dərslərində  şagirdlərin texnologiyadan istifadə, dizayn, elm və riyazi əməliyyatlar sahələrində bacarıqlar qazanmalarını hədəf alır.

Robot texnologiyasından istifadə edərkən və robot dizayn edərkən şagirdlər bir alim, mühəndis və ya bir dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olurlar.

Robot texnologiyasının məqsədi şagirdlərə aşağıdakı bacarıqları verməkdir:

  • Orijinal, yaradıcı düşüncə;
  • Səbəb-nəticə əlaqəsi qura bilmə;
  • Xüsusi məqsədlərə nail ola biləcək modellər yaratmaq bacarığı;
  • Müşahidə və ölçmə nəticələrinə əsaslanan müxtəlif fikirlərlə təcrübə keçmək bacarığı;
  • Elmi araşdırma üçün müvafiq suallar verə bilmək;
  • Yeni ehtimallar xəyal edə bilmə;
  • Sistematik müşahidə və ölçü;
  • Sxemlər, şəkillər, cədvəllər və qrafiklərdən istifadə edərək məlumatları təqdimetmə;
  • Səs, işıq və hərəkət sensoru ilə çalışan robotlar və digər məhsullarlarla işləmək bacarığı;
  • Hərəkətli maketlər;
  • Əlilliyi olan insanlar üçün hərəkətə həssas məişət əşyaları və alətlərin hazırlanması.

Paket proqramlar

Hədəf Liseyi olaraq informasiya texnologiyaları üzrə tədris yaş qrupları və onlara uyğun paketlər halında təşkil olunub. 15 yaşa qədər ilkin İT bilikləri öyrədildikdən sonra paketlər üzrə ixtisaslaşma aparılır. İT tədris paketlərini seçən şagirdlərimizə texniki xarici dil (İngilis, Alman, Fransız, Rus) də paralel tədris olunur.

DEV – PROQRAMLAŞDIRMA

PKG1 – PAKET1

OOM           Obyekt Yönümlü Modelləşdirmə (UML)

ALGODAT   Alqoritmlər və Verilənlərin Strukturu

DBMOD       Verilənlər Bazasının Modelləşdirilməsi (ERD)

TECHINF     Texniki İnformatikanın Əsasları

JAVASE       Java ilə Proqramlaşdırmanın Əsasları

JAVAEE       Java ilə Veb Sistemlərin Proqramlaşdırılması

ORASQL      Oracle 12c Verilənlər Bazası üçün SQL

ORAPSQL    Oracle 12c Verilənlər Bazası ilə PL/SQL Proqramlaşdırma

PYT              Python Obyektyönümlü Proqramlaşdırma

 

DEV – PROQRAMLAŞDIRMA

PKG2 – PAKET2

OOM           Obyekt Yönümlü Modelləşdirmə (UML)

ALGODAT   Alqoritmlər və Verilənlərin Strukturu

DBMOD       Verilənlər Bazasının Modelləşdirilməsi (ERD)

TECHINF    Texniki İnformatikanın Əsasları

MVB             Visual Basic (VB)

CPRO           C Sistem Proqramlaşdırma

CPP              C++ Genişimkanlı Proqramlaşdırma

CSH             C# Müəssisə Sistemlərinin Proqramlaşdırılması

ORASQL      Oracle 12c Verilənlər Bazası üçün SQL

ORAPSQL    Oracle 12c Verilənlər Bazası ilə PL/SQL Proqramlaşdırma

 

DEV – PROQRAMLAŞDIRMA

PKG3 – PAKET3

OOM           Obyekt Yönümlü Modelləşdirmə (UML)

ALGODAT   Alqoritmlər və Verilənlərin Strukturu

DBMOD       Verilənlər Bazasının Modelləşdirilməsi (ERD)

TECHINF    Texniki İnformatikanın Əsasları

VPHP           PHP Obyektyönümlü Veb Proqramlaşdırma

JSAJ            JavaScript-Ajax-jQuery Veb Skript Proqramlaşdırma

MSQL          MySQL Verilənlər Bazası üçün SQL

PYT             Python Obyektyönümlü Proqramlaşdırma

HCX            HTML – CSS – XML

 

ADM – İDARƏETMƏ

PKG1 – PAKET1

OOM            Obyekt Yönümlü Modelləşdirmə (UML)

ALGODAT  Alqoritmlər və Verilənlərin Strukturu

DBMOD       Verilənlər Bazasının Modelləşdirilməsi (ERD)

TECHINF    Texniki İnformatikanın Əsasları

ORADBA     Oracle 12c Verilənlər Bazasının Adminstrasiyası

ORASQL      Oracle 12c Verilənlər Bazası üçün SQL

ORAPSQL    Oracle 12c Verilənlər Bazası ilə PL/SQL Proqramlaşdırma

WIN7           Windows X İdarəetmə

WINS           Windows Server X İdarəetmə

VMW           VMWare İdarəetmə

WES            Microsoft Exchange Server İdarəetmə

LINDA         Linux Desktop İdarəetmə

LINSA          Linux Server İdarəetmə

GNET           Ümumi Şəbəkə Mühəndisliyi

CIS              Cisco Texnologiyalarının Mühəndisliyi

APP – TƏTBİQİ SİSTEMLƏR

PKG1 – PAKET1

FDOS         Fərdi Kompüterlər və ƏS

MSO          MS Office

CDX           CorelDRAW

CPHPX      Corel PHOTO-PAINT

PHTS          Adobe Photoshop

ILLSTR      Adobe Illustrator

INDCS        Adobe InDesign

ACAD         AutoCAD

3DMX         3ds Max

 

 FİN – MALİYYƏ

PKG1 – PAKET1

 

GBAN        Ümumi Bank işi

CRE            Kredit İşinin Təşkili

RSC             Risklərin İdarə Olunması

NPL             Problemli Kreditlərlə İşin Təşkili

GACC         Mühasibatlığın Əsasları

AZM            AzMühasib Buxalteriya Sistemi

1CBX           Mühasibat 1C

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.