fbpx

Sənət

Hədəf Liseyində şagirdlərin estetik duyumlarının inkişafı da diqqət mərkəzindədir. Onlar dünyanı sənət vasitəsiylə təsvir və təsəvvür etmək üçün koqnitiv, vizual, eşitmə və toxunma hisslərini estetik ifadəyə çevirəcəkləri dərslər keçirlər. Dərs mövzusunu ətraflı müzakirə etdikdən sonra düşüncə, müşahidə və qənaətlərini yoldaşları ilə bölüşür, daha sonra onları təsviri incəsənətin, teatr və musiqi sənətinin köməyi ilə ifadə edirlər.

Hədəf Liseyində şagirdlərin incəsənətin müxtəlif növləri üzrə qabiliyyətləri aşkara çıxarılır, həyata estetik yöndən baxmaq bacarığı formalaşdırılır və sənətlə bağlı müzakirələr aparan, mədəni tədbirlərdə iştirak etməyə həvəsli şagirdlər yetişdirilir.

Hədəf Liseyi olaraq şagirdlərin sənətə bağlı olmalarının vacibliyini bildiyimiz üçün onları daima muzey və sərgilərə aparır, görkəmli sənətkarlarla görüşlərini təşkil edirik. Sənət atelyelərimizdə şagirdlərimizin maraq istiqamətlərinə görə rəssamlıq, fotoqrafiya, karikatur, miniatür, ebru, musiqi, teatr, toxuculuq, dulusçuluq, rəqs və sənətin digər növlərinə üstünlük veririk. Texnoloji imkanlarımızdan istifadə etməklə şagirdlərimiz sənətlə dijital vasitələrlə də məşğul olurlar.
Sənət dərsində:
1. Hər şagirdin yaradıcı yönü aşkarlanıb, inkişaf etdirilir.
2. Metodologiyamızda fərdi yanaşmalara üstünlük verilir.
3. Vizual məşğələlərdə yaddaş və rəng duyumları inkişaf etdirilir.
4. Hər məkan sənətin icra yeri olaraq görülür.
5. Təməl sənət bilgiləri şagirdlərin yaş qrupu və qabiliyyətlərinə görə tətbiq edilir.
6. Şagirdlərimizin sənət işlərinin ölkədə və xaricdə keçirilən sərgilərdə sərgilənməsi ilə onlara güvən qazandırılır.

Sənət dərsləri Hədəf Qrupa daxil olan Hədəf Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçirilir.

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.