fbpx

Türkiyənin Yunis Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç ilə Hədəf STEAM liseyində görüş keçirilib

Türkiyənin Yunis Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç ilə sentyabrın 19-da  Hədəf STEAM liseyində görüş keçirilib. Görüşdə liseyin direktoru Şəmil Sadiq ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib. Liseyin Nəsimi filialının icraçı direktoru  liseyin inkişaf strategiyası barədə qonağa məlumat verib. Sonra liseyin laborotoriyaları ilə tanış olan Selcuk Karakılıç balabilgələrlə görüşərək, hər il keçirilən Bilgə seçkilərinin təbliğat-təşviqat təqdimatlarını dinləyib.

Hədəf liseyinin İnteraktiv Elm Muzeyini gəzən qonaq Hədəf STEAM Mərkəzi ilə əməkdaşlıq çərçivəsində liseyə qonaq gələn “Robatzadə” Azərbaycan şirkətinin rəhbəri Ahmet Özaslanla birgə “Elmin toxunaraq öyrənilməsi” mövzusunda söhbətlər apararaq, Azərbaycan gəncliyi üçün faydalı olacaq layihələri müzakirə etdilər. 

Sonda isə Selcuk Karakılıç və Ahmet Özaslan Bilgə seçkilərinin nəticəsinə əsasən seçilmiş sinif bilgəsini təbrik edib, balabilgələrin təkliflərini dinlədilər.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 http://hedefliseyi.edu.az/testimonials/hedef-stem