Hədəfi böyük olanların liseyi

Beynəlxalq proqramlar

Beynəlxalq proqramlar

SAT (Scholastic Aptitude Test) buraxılış imtahanı

SAT Amerika Birləşmiş Ştatlarında tam orta məktəb üzrə buraxılış imtahanıdır. ABŞ bütün universitetləri və dünyanın 85 ölkəsində 700-dən çox ali təhsil müəssisəsi AP və SAT imtahan nəticələrini qəbul edir. SAT nəticələri ali məktəblər tərəfindən fərqli qarşılanır, bal yüksək olarsa, ali məktəb seçimi əlçatan olur. SAT 2 (fənn imtahanları) ABŞ daxilində və xaricində College Board tərəfindən artıq tətbiq olunmur. AP imtahanları SAT 2 tələblərini əvəz edir.

AP (Advanced Placement - Yüksək Yerləşmə)

AP ali məktəblərə hazırlıq proqramıdır. AP proqramı balabilgələrin universitetdə uğur qazanmaq üçün lazım olan bacarıqlarını orta məktəb- də gücləndirir.

A Level və SAT hazırlığı

Hədəf liseyinin IX, X, XI siniflərində A Level ixtisas fənləri və SAT təd- ris olunur. İbtidai və orta siniflərdə bu fənlərin mükəmməl təməli qoyu- lur. Hazırlıq liseydə və distant həyata keçirilir. Distant A Level və SAT dərsləri respublikadaxili və xarici regionların orta məktəb balabilgələri üçün nəzərdə tutulur. Onlayn hazırlıq VII və VIII siniflərdə A Level təməl və Pre-SAT hazırlığı ilə başlayır və inkişaf testləri ilə qiymətləndirilir. IX, X, XI siniflərdə ixtisas fənləri tədris olunur, sınaq imtahanları keçirilir və rəsmi A level və SAT imtahanları üçün lazım olan bütün mövzular tədris olunur.

A Level ixtisas qrupları və fənləri

I qrup

  • Kompüter elmləri, mühəndislik
  • Riyaziyyat, fizika, informatika
  • Kimya


II qrup

  • Biznes, iqtisadiyyat, maliyyə, mühasibat
  • Riyaziyyat, ingilis dili və ədəbiyyatı
  • İqtisadiyyat

III qrup

  • Hüquq, politologiya,
  • Riyaziyyat, ingilis dili
  • İqtisadiyyat

IV qrup

  • Tibb, stomatologiya, əczaçılıq, biokimya, biotibbi elm, qidalanma, psixologiya, baytarlıq
  • Riyaziyyat, biologiya, kimya
  • Fizika

V qrup

  • Memarlıq, musiqi
  • İncəsənət, riyaziyyat
  • Fizika

QEYD! A Level ixtisas fənlərinə hazırlaşmağa başlamazdan öncə ixti- sas, ölkə və universitetləri seçmək lazımdır. A Level fənn tələbi universi- tetdən-universitə dəyişir, bəzi univesitetlər iki, digərləri üç A Level səviy- yə imtahanlarının C balı nəticəsi ilə kifayətlənə bilir.

Distant A Level və SAT dərsləri

  • VII-XI siniflər
  • VII - IX siniflər təməl

Geniş və balanslı A level və SAT fənlərinin distant tədrisi

  • İnkişaf testləri
  • IX sinifdə Beynəlxalq İGCSE (orta mək- təb) imtahanları
  • İGCSE (orta təhsil) kvalifikasıyası
  • X - XI siniflər ixtisas hazırlığı

A Level ixtisas fənləri və SAT distant tədrisi

  • Sınaq imtahanları
  • XI sinifdə Cambridge A Level və SAT imtahanları
  • Beynəlxalq Yüksək Səviyyə A Level kvalifikasıyası (ölkədaxili və xarici ali məktəblərə qəbul)