Hədəf Liseyində ibtidai siniflərə qəbul Azərbaycan, rus və ingilis bölmələri üzrə aparılır. Hədəf Liseyi bir STEAM məktəbi olduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumlardan əlavə STEAM təhsilinin tələblərinə uyğun olaraq yeni kurikulumlar da dərs proqramına əlavə edilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planına görə bslsbilgə bir həftə ərzində 20-25 (I-IV siniflərə görə saatlar dəyişir) saat dərs keçir, liseyimizdə tədris saatları isə həftəlik 40-45 saata çatır.
Tədris proqramına əlavə olunan bu 20 saatda balabilgələr STEAM təhsilinin tələblərinə uyğun olaraq praktik məşğələlərlə, xüsusi proqramla xarici dil dərsləri ilə, yaradıcılıq klublarında, dərnəklərdə təşkil edilən sosial fəaliyyətlərlə məşğul olur, elmdə qarşıya qoyulan inteqrasiya prinsipinə müvafiq olaraq İnteqrasiya Mərkəzi və fənn emalatxanalarında bilik və bacarıqlarını artırırlar.
Hədəf Konseptinin məhz aşağı siniflərdən başlaması, qarşımıza qoyduğumuz Bilgə İnsan yetişdirmə hədəfimizin təzahürüdür.
Təhsil Nazirliyinin “Sağlam təhsil, sağlam millət” proqramına əsasən çağdaş standartlara cavab verən siniflərdə uşaqlarımızın sağlam böyüdür və gələcəyə hazırlayırıq.
Biz balabilgələrin evlərində ailələri ilə əyləncəli vaxt keçirmələri üçün bütün tədris prosesini məktəbdə aparır, gündəlik öyrənmə planını elə məktəbdə tamamlayırıq. Balabilgələrimiz evə hər hansı bir tapşırıqla getmədikləri üçün dərs vəsaitləri də məktəbdə, hər balabilgənin şəxsi dolabında qalır.
Hədəf Konsepti milli və bəşəri dəyərləri addımbaşı uşaqlara aşılayaraq sabahın özünə inanan, sağlam, bacarıqlı, yaradıcı və bilikli insanını yetişdirməyi qarşısına məqsəd qoyub!