Hədəfi böyük olanların liseyi

Hədəf Liseyi

Haqqımızda

Hədəf STEAM Liseyi qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusu ilə “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.

Hədəf STEAM Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Balabilgələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə lisey öz təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEAM konseptini əsas götürür.

STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında “mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki” olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının bu sahədə inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Biz ölkəmizin STEAM təhsili verən ilk liseyini qurmaqla ölkəmizin və dünyamızın inkişafı üçün yaradıcı, düşünən və elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş, bilgi çağı olan XXI əsrin yeni nəsil alim və mühəndislərini yetişdirməyi hədəfləyirik.

Hədəf STEAM Liseyi Azərbaycanda ilk liseydir ki, STEAM təmayüllü fəaliyyətə başlayıb. 2021-ci ilin iyun ayından etibarən Hədəf STEAM Liseyi İnternational Cambridge School – Beynəlxalq Kembric Məktəbidir.

İndi isə elmin, texnologiyanın, mühəndisliyin, sənətin, riyaziyyatın yanına biz bir təbiəti də əlavə etdik. Binamızın ərazisi, geniş həyətyanı və bağ sahəsi olduğu üçün gələcəyin insanlarını təbiətlə təmasda böyütməyi hədəfləmişik. Elm təbiəti öyrənir, təbiət olmadan elmi inkişaf etdirmək mümkün olmazdı. STEAM+N təhsili çərçivəsində balabilgələrimiz öz əkin sahələrində, müxtəlif heyvanların olacağı heyvanat bağçasında elmi görərək, toxunaraq öyrənirlər.

Hədəf Liseyi

Tariximiz

Hədəf STEAM Liseyi 2018-ci ildə Hədəf Kurslarının bazasında Azərbaycan Elm və Təhsil Nazirliyin rəsmi lisenziyası əsasında təsis edilibdir.
2020-ci ildə Abşeron filialı bağça-lisey kompleksi olaraq STEAM+N tədris əsasında təsis edilmişdir.
2021-ci ildə Hədəf Beynəlxalq Cambridge Məktəbi Cambridge Primary School kimi 1-ci siniflər üzrə fəaliyyətə başlayıbdır. Lisey 2023-cü ildən Cambridge Secondary School olaraq qeydiyyatdan keçibdir.

Missiyamız və məqsədimiz

STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında “mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki” olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının bu sahədə inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Biz, ölkəmizin STEAM təhsili verən ilk liseyini qurmaqla ölkəmizin və dünyamızın inkişafı üçün yaradıcı, düşünən və elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş, bilgi çağı olan XXI əsrin yeni nəsil alim və mühəndislərini yetişdirməyi hədəfləyirik.

Gələcəyə baxışımız

Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə sahibdirlər. Texnologiyadan qaynaqlanan iqtisadi güc isə elm olmadan mümkün olmaz. Müasir dünyanın bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə alaraq, hədəfimiz XXI əsrin Bilgə Azərbaycanlısını yetişdirməkdi

Təsisçidən

Bu günün dünyasında elm və texnologiya elə sürətlə inkişaf edir ki, bəzən nəinki bu inkişafa çatmaq, hətta onu izləmək belə çətin görünür. Ancaq bu dəyişikliyin mühərrikinin elə insanın özü olduğunu da bilirik – dinindən, dilindən, cinsindən asılı olmayaraq elmi təfəkkürə sahib, məntiqli mühakimə yürüdə bilən, qıvraq xəyal gücü ilə zamanı qabaqlaya bilən insan.

Biz sənədli filmlərdə və texnologiya xəbərlərində Marsa enəcək kosmik zondu gördükdə, istifadə etdiyimiz ağıllı telefonların yeni funksiyalarını kəşf etdikdə, genetik tibdəki yeniliklərdən xəbər tutduqda, çağdaş bir memarlıq abidəsini gördükdə, yüzlərlə insanı bir neçə saat ərzində dünyanın bir ucundan digər ucuna daşıyan hava gəmiləri ilə uçduqda, istər-istəməz “bunu yaradan dahidir”, “bu, bir möcüzədir” deyə düşünür, o məhsulları yaradan şəxslərin adlarını bilməsək belə içimizdə onlara təşəkkür edirik.

Bu gün Samsung, Apple, Facebook, Miscrosoft, Amazon kimi şirkətlərin büdcəsini bir çox dövlətin büdcəsi ilə müqayisə etməklə texnologiyanın iqtisadi güc kimi böyüklüyünü təqdir etmək mümkündür. Sizi əvvəlcə bu şirkətlərin yaranma tarixçələri, bügünkü fəaliyyət miqyasları və iqtisadi imkanları ilə, eyni zamanda bizim hədəflərimizlə tanış olmağa və “Hədəf”li bir balabilgənin valideyni olmağa dəvət edirik.

Direktor

Şəmil Sadıqov

Şəmil Sadıqov