Hədəf Konsepti
Hədəf Konseptinin əsas məqsədi milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü və dövrün tələblərinə cavab verən çevik zəkalı insanlar yetişdirməkdir.
Hədəf Konseptinin müasir insanı beş əsas prinsipə istinad edir: Özünüdərk, Sağlamlıq, Bacarıq, Yaradıcılıq, Bilik.
Özünüdərk
Konseptimizin ana sütunu özünüdərk prinsipi hesab edilir. İnsanın özünüdərk prosesi dəyərlərə sevgisindən başlayır. Bu dəyərlər humanitar, milli və ekoloji dəyərlərdir. Hədəf konseptinə görə, özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam hisləri özünüdərk prosesi nəticəsində formalaşır.