fbpx

İnsan Resursları

Hər bir müəssisənin uğurunun əsas amili insan resurslarının düzgün seçilməsi və düzgün təşkil edilmiş idarəetmə formasıdır. Bu sahədə Hədəf Şirkətlər Qrupunun özünəməxsus, illərdən bəri davam edən, örnək ola biləcək kadr təcrübəsi vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci ildə imzalanan sərəncamla qüvvəyə minmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında kadr hazırlığı məsələlərinə ciddi əhəmiyyət verilməkdədir.

Şirkətimizdə müəyyən sahələr üzrə kadr seçimi, yeni kadrların hazırlanması hər zaman diqqətdə olan məsələdir. Ümumiyyətlə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin əsas tərkib hissələrindən biri də məhz insan kapitalının inkişafı, gənc kadrların hazırlanması, intellektual sərmayənin tərəqqisidir.
Hədəf Liseyi tanınmış pedaqoq f.ü.f.d Şəmil Sadiqin rəhbərliyi ilə 2018-ci ilin fevral ayından etibarən ölkədə ilk STEM təhsili verən özəl lisey olaraq fəaliyyətə başlamışdır. Qısa zamanda milli təhsil brendi olaraq böyük uğurlara imza atan liseydə hər il yeni kadrlar yetişdirmək, insan kapitalının inkişafı yönündə təcrübə proqramları təşkil edilir. Təcrübə proqramı çərçivəsində hər ilin aprel ayından etibarən keçirilən təlim-treninqlərin sonunda təlim iştirakçıları işə qəbul imtahanında iştirak edirlər. İmtahan nəticəsindən asılı olaraq yüksək bal toplamış müəllimlər ikinci mərhələdə iştirak edərək açıq dərs verməlidirlər.
Siz aşağıda tələb edilən məlumatları boş xanalara əlavə etməklə Liseyə təcrübəçi kimi müraciət edə bilərsiniz.