- BİYAM – Balabilgə İnkişafının Yarımillik Analitik Müşahidəsi.
Bu mərhələ rəhbərlik səviyyəsində bütün siniflər üzrə hər yarımildə 1 dəfə olmaqla tədris ili ərzində 2 dəfə keçirilir. Hər həftə köməkçi müəllimlər və sinif rəhbərləri tərəfindən aparılan müşahidələr ay sonu müəllimlərlə birgə müzakirə edilib BİYAM vərəqi doldurulur, yarımilin tamamında müşahidə nəticələri analiz edilərək yekun nəticə rəhbərlik səviyyəsində valideynlərə hesabat şəklində təqdim edilir. Bu hesabat sinif rəhbərlərinin koordinatorunun nəzarətilə sinif rəhbəri tərəfi ndən psixoloqla birgə hazırlanır. Balabilgənin dərs prosesində fəaliyyəti və davranışı haqqında məlumat isə gündəlik olaraq fənn müəllimləri tərəfindən liseyin proqramında qeyd olunur. Bu barədə ətraflı məlumat aşağıda qeyd olunmuşdur. Hesabatlar valideynlərə elektron və ya yazılı formada təqdim edilir.
Sinif rəhbərinin müəllimlərlə iclası balabilgələrin hər birini ayrıca müzakirə etmək üçündür. Bu bizə imkan verir ki, bir balabilgə haqqında müxtəlif müəllimlərin fikrini dinləyək, ümumilikdə balabilgəyə qarşı olan pedaqoji münasibətimizi dəqiqləşdirək. Ola bilər ki, bir balabilgədən 80% müəllim razılıq, 20% müəllim narazılıq edir, deməli, məsələ ya fəndədir, ya da müəllimdə. Bunun üçün də sinif rəhbəri psixoloq və ya rəhbərliklə məsləhətləşməli, bu problemin dərhal aradan qaldırılmasına yardım etməlidir. Və ya bir balabilgədən 20% müəllim razıdır, 80% yox, bu məqamda balabilgə ilə işləmək tələb edilir ki, bu prosesə valideyn və lisey birgə qoşulur.
Sinif rəhbərinin müəllimlərlə toplantısına sinif rəhbəri öncədən hazırlaşır, balabilgələri rəsmi ekranda göstərərək müzakirəni açır, müzakirədə səslənən fi kirləri qeyd edir, ümumiləşdirərək sonda qərarını açıqlayır və hesabat vərəqinə işləyir.
BİYAM – Balabilgə İnkişafının Yarımillik Analitik Müşahidəsinin tətbiqi üzrə TƏLİMAT
Balabilgə İnkişafının Yarımillik Analitik Müşahidəsi bir tədris ili ərzində balabilgənin təhsil prosesində iştirakı (sadəcə fiziki davamiyyət deyil, daha geniş mənada fəalliyəti, psixoloji və pedaqoji əhval ruhiyyəni nəzərdə tutur) ilə bağlı inkişafı izləmək və balabilgələrin müvafiq göstəricilərinin artan istiqamətdə inkişafına xidmət edən, eyni zamanda müəllimin
pedaqoji fəaliyyətinin qiymətləndirilməsi amilini nəzərdə tutan prosesdir. BİM-in tətbiqi yalnız sinif rəhbərinin müşahidə üsulu ilə deyil, eyni zamanda inzibati, pedaqoji və psixoloji baxımdan balabilgələrlə əlaqəli olan bütün şəxslərin kompleks fəaliyyəti ilə icra olunur. Bu müşahidə prosesini sinif rəhbərləri balabilgələrlə etdikləri söhbətlər, müəllimlərin
qeydləri, psixoloqun apardığı sorğular, bədən dili, mimika və jestlərin müşahidəsi və balabilgənin sosial aktivliyi nəzərə alınaraq xüsusi meyarlar əsasında həyata keçirirlər. Sinif rəhbərlərinin diqqət edəcəyi məqamlar isə aşağıdakılardır:
- Sinif rəhbərlərinin toplantısında (bundan sonra: toplantı) meyarlarla və onların səviyyələri ilə əvvəlcə yaxından tanış olmalı;
- Hər bir səviyyənin göstəricilərini təhlil etməli və bu səviyyələrə uyğun əlavə fi kirlərini qeyd etməli;
- Balabilgənin fəaliyyətini real şəkildə, şişirtmələrə yol vermədən qeyd etməli;
- Səviyyələri müəyyənləşdirərkən çətinlik yaranarsa, toplantıda müzakirə etməli;
- Zərurət yarandıqda (qeyd olunan səviyyə göstəricilərində öz əksini tapmayan münasibət aşkarlandıqda) yeni səviyyə göstəricisini müəyyənləşdirməli və onu rəhbərliyə təklif etməli;
- Müşahidələrin nəticələrini hər ay sonunda müəllimlərlə birgə müzakirə etməli, balabilgələrdə olan durğunluğun və ya inkişafın səbəblərini qeyd etməli;
- Balabilgələrin səviyyələr üzrə irəliləmələrini təmin etmək məqsədilə psixoloqla birgə fəaliyyət göstərməli;
- Balabilgələrin göstəricilərini iki ayın sonunda rəhbərliyin nəzarətindən keçmək şərtilə valideynlərə çatdırmalı (qeyd: valideynlərə məlumat verən zaman balabilgələrin psixoloji vəziyyətini və ailənin psixoloji durumunu nəzərə almaq ən vacib məsələlərdəndir) Balabilgələrin ən uğurlu göstəricilərinin əvvəldə, uğursuzluqlarının səbəblərini ən sonda qeyd etmək arzuolunandır.