fbpx

Hədəf Beynəlxalq Cambridge Məktəbi

Hədəf STEAM liseyi beynəlxalq Kembric məktəbidir. Beynəlxalq Kembric məktəbi  şagirdlərə 5 yaşdan 16-19 yaşadək təhsildə  uğur qazanmaq üçün aydın bir yol açır. Şagirdlərin özlərində yeni qabiliyyətlər və daha geniş bir dünyanı kəşf etmələrinə kömək edir və onlara həyat üçün lazım olan bacarıqları verir, beləliklə məktəbdə, universitetdə və gələcək iş həyatında böyük nailiyyətlər qazanmağa kömək edir.

Niyə beynəlxalq Cambridge məktəbi?

  • Hədəf liseyi dünyanın 160 ölkəsində milyonlarla uşaqların təhsil aldığı 10,000 Cambridge məktəbindən biridir.
  • Beynəlxalq Cambridge proqramları Cambridge Universitetinin bir hissəsidir.
  • Beynəlxalq Cambridge imtahanlarının 150 illik tarixi var.

Beynəlxalq Cambridge Proqramları:

Cambridge
ibtidai təhsil

I-IV siniflər

Cambridge
aşağı orta siniflər
 
V-VII siniflər
Cambridge
yuxarı orta siniflər
 
VIII-IX siniflər
Cambridge
tam orta təhsil
 
X-XI siniflər
Geniş və balanslı tədris proqramı:
• 10 fənn (İngilis dili, Riyaziyyat və Science daxil olmaqla)
• I-III siniflər sinifdaxili qiymətləndirilmə
• IV sinif Cambridge Checkpoint imtahanları
Geniş və balanslı tədris proqramı:
• 10 fənn (İngilis dili, Riyaziyyat və Science daxil olmaqla)
• Sinifdaxili qiymətləndirmə
Geniş və balanslı fənlərin tədrisi• Cambridge IGCSE

• Sinifdaxili və  sinifxarici Cambridge İGCSE imtahanları

• Beynəlxalq İGCSE kvalifikasıyası

İxtisas hazırlığı:
A Level ixtisas fənləri
• Sınaq imtahanları və sinifxarici Cambridge A Level imtahanları• Beynəlxalq Yüksək Səviyyə A Level kvalifikasıyası (ölkədaxili və xarici ali məktəblərə qəbul)

İngilis bölməsi

İngilis dili, riyaziyyat və Həyat bilgisi (Science) fənləri daxil olmaqla on fəndən ibarət beynəlxalq Cambridge İbtidai proqramı təhsilin növbəti mərhələləri üçün əla təməldir, eyni zamanda yaradıcılıq, özünüifadə və şəxsi inkişaf üçün geniş imkanlar yaradır.

İbtidai siniflərin tədris planı:

Subject (fənn) Week (Həftə) Year (İl)
Art and Design 1 hour 36 hours
Digital Literacy (ICT) 2 hours 36 hours
Language Arts (English) 7 hours 252 hours
Global Perspectives (PBL) 2 hours 72 hours
Mathematics 7 hours 252 hours
Music 1 hour 36 hours
Physical Education (Sport) 2 hours 72 hours
Science 2 hours 72 hours
Azerbaijani Language 5 hours 180 hours
Technology (STEAM) 3 hours 72 hours
Drama 1 hour 72 hours
Story time 3 hours 108 hours
Club time 2 hours 72 hours
Chess 1 hour 36 hours
Play time 5 hours 180 hours
Dance (Gymnastics) 1 hour 36 hours
Total (Cəmi) 45 hours (saat) 1584 hours (saat)

İKİDİLLİ Təhsil

Hədəf İkidilli Təhsil (HİT) milli və beynəlxalq kurikuluma əsaslanır. İkidilli təhsil şagirdlərin riyaziyyat, həyat bilgisi və digər bir neçə fənni ingilis dilində öyrənməsi və ya eyni fənni iki dildə öyrənməsi deməkdir. Hədəf İkidilli Təhsil anlayışı Məzmun və Dil İnteqrasiyalı Öyrənmə (CLIL) və ikili dil tədrisininə əsaslanan Hədəf Konsepti ilə əlaqələndirilir.

 

İbtidai Azərbaycan və Rus bölmələrinin milli kurikulumuna daxildir:

  • Language Arts (dinləmə, danışıq, yazı, oxu və sinifdənxaric oxu)
  • Math (Riyaziyyat ingilis dilində)
  • Science (Həyat bilgisi ingilis dilində)
  • PBL (Tədqiqat fənni ingilis dilində)
  • ICT (İnformatika ingilis dilində)
  • STEAM (Texnologiya ingilis dilində)

 

Orta sinif Azərbaycan və Rus bölmələrinin kurikulumuna daxildir:

  • Language Arts (dinləmə, danışıq, yazı, oxu)
  • Math (Riyaziyyat ingilis dilində)
  • Science (Həyat bilgisi və Biologiya ingilis dilində)
  • PBL (Tədqiqat fənni ingilis dilində)
  • ICT (İnformatika ingilis dilində)
  • STEAM (Texnologiya ingilis dilində)
  • Grammar (buraxılış qəbul proqramı)

 

Beynəlxalq kurikulum Cambridge Yüksək Səviyyə (A Level) kvalifikasiyası üçün təməl yaradır.

 

Cambridge Yüksək Səviyyə (A Level) nədir?

A Level ali məktəblərə hazırlıqdır. Şagirdlər ixtisas fənlərinə liseydə hazırlaşaraq Hədəf Cambridge İmtahan Mərkəzində imtahan verir və ali məktəblərə daxil olurlar. Cambridge A Level kvalifikasiyası dünyanın yüksək reytinqli universitetləri daxil olmaqla 195 ölkədə 2000-dən çox ali məktəbdə qəbul olunur. Azərbaycanda tədris dili ingilis dili olan ali məktəblər, İngiltərədə bütün universitetlər və 600-dən çox ABŞ universiteti, Harvard, MIT, Stanford və Yale daxil olmaqla, Cambridge Yüksək Səviyyə (A Level) qvalifikasiyasını qəbul edir. ABŞ və Kanada kimi ölkələrdə diqqətlə seçilmiş A Level fənlərindən yaxşı qiymətlər bir ilə qədər universitet kursu krediti ilə nəticələnə bilər.

 

Cambridge qvalifikasıyalarını qəbul edən ali məktəblərin siyahısını ölkələr üzrə   http://www.cambridgeinternational.org/recognition ünvanındakı onlayn məlumat bazasından əldə etmək olar.

A Level ixtisas fənləri:

İxtisas

A level fənləri (əsas)

Digər fənn seçimi

Biznes, İqtisadiyyat, Maliyyə, Mühasibat Riyaziyyat və İqtisadiyyat

(Mathematics & Economics)

 

Biznes Tədqiqatları, Mühasibat, Hüquq, Psixologiya

 

Tibb, Stomatologiya və Əczaçılıq

 

Kimya, Biologiya və Riyaziyyat Fizika
Kompüter elmləri Riyaziyyat Fizika, Ali riyaziyyat, Computing

 

Mühəndislik Riyaziyyat və Fizika Kimya, Ali riyaziyyat

 

Memarlıq İncəsənət (Art) Riyaziyyat, fizika

 

Biokimya, Biotibbi Elm, Qidalanma Kimya, Biologiya və Riyaziyyat

 

Fizika
Hüquq Istənilən fənn Riyaziyyat, İqtisadiyyat, Hüquq, İngilis Ədəbiyyatı, Mühasibatlıq

 

Psixologiya Biologiya, Kimya, Riyaziyyat və ya Fizika

 

Psixologiya, sosiologiya

 

Hədəf Liseyi STEM
Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
BİZİMLƏ ƏLAQƏ
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.