Hədəfi böyük olanların liseyi

Buraxılış imtahanı cavabları nə vaxt bilinəcək? - Hədəf Liseyi

Mar 29, 2023
Buraxılış imtahanı cavabları nə vaxt bilinəcək? - Hədəf Liseyi

Buraxılış imtahanlarının cavabları nə vaxt açıqlanacaq? Hədəf Liseyi


Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 mart və 12 mart 2023-cü il tarixlərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan verən abituriyentləri və valideynləri ən çox maraqlandıran məsələ cavabların nə vaxt açıqlanacağıdır.

DİM-dən verilən məlumata görə, hazırda yoxlama prosesi davam edir.

"Nəticələr hazır olan kimi elan olunacaq. Dəqiq vaxt demək mümkün deyil", - rəsmi cavabda bildirilib.

Qeyd edək ki, DİM tərəfindən verilən əvvəlki açıqlamada martın 13-dən etibarən imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacağı və imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulduğu bildirilmişdi.

Hədəf kursu