HELT ingilis dili bacarıqlarının 4 istiqamətdə imtahanıdır, beynəlxalq standartlara əsaslanır:
- Speaking (Danışıq)
- Listening (Dinləmə)
- Reading (Oxu)
- Writing (Yazı)
#HELT imtahanları ildə iki dəfə yanvar və may aylarında keçirilir, balabilgələrin sinifl ər üzrə dil bacarıqları bütün istiqamətlərdə yoxlanılır, dil bilikləri qiymətləndirilir və təkmilləşdirilməsi üçün rubriklər əsasında rəy yazılır.
HELT II-VIII sinifl ərdə 3 mərhələdə həyata keçirilir.
- Stage 1. Listening (dinləmə)
- Stage 2. Speaking (danışıq)
- Stage 3. Reading / Writing (oxu/yazı)
HELT-in həyata keçirilmə qaydaları:
- Listening və Speaking kafedra, Reading / Writing BİMM tərəfindən keçirilir.
- Balabilgələr dinləmə mətnini 3 dəfə dinləyərək 40 dəqiqə müddətində yazırlar.
- Speaking zamanı bütün sinifl ərdə Conversation 3 sual (ümumi 5 bal), ibtidai sinifl ərdə Storytelling 2 sual (hər biri 5 bal) və Science 2 sualdır (hər biri 5 bal)
- Speaking sualları kafedra tərəfi ndən monitorinqdən 15 gün əvvəl hər sinif üzrə Conversation 10 sual, Storytelling 10-15 sual, Science 10-15 sual olmaqla balabilgələrə hazırlaşmaq üçün yazılı təqdim olunur. Balabilgələr suallara İngilis dili dərslərində müəllimlərin köməyilə hazırlaşırlar.
- Monitorinq zamanı sinifl ər üzrə həmin suallardan kafedra tərəfindən seçilmiş 7 sual imtahan günü müəllimlərə təqdim olunur.
- BİMM tərəfi ndən keçirilən Reading/Writing yoxlaması I-IV siniflərdə hər bir sual 10 bal olmaqla, Reading (3 sual, vocabulary 2 sual)
- Grammar (5 sual) olacaqdır. VI-VIII sinifl ər üzrə 10 sual, bir sual 10 bal olmaqla, Reading (3 sual), Vocabulary (2 sual), Grammar (dərslik 2 sual, DİM hazırlığı 3 sual) olacaqdır.
- HELT nəticəsinin hesablanması: Listening 25% + Speaking 25% + Reading/Writing 50% = 100%