Hədəf STEAM Liseyinədə xüsusi güzəştlər
Hədəf Liseyi MMC balabilgələrin stimullaşdırılması və təhsilinə dəstək olması məqsədilə balabilgələrə güzəştlər tətbiq edir. Müxtəlif sosial qruplardan olan, həmçinin istedadlı balabilgələr güzəştli şərtlərlə təhsil almaq üçün aşağıdakı güzəştlərdən yararlana bilər:
Valideyn illik təhsil haqqını tam olaraq və ya hissəli ödəyə bilər. 31 may tarixinədək həyata keçiriləcək birdəfəlik ödənişlərə 10%, ondan sonrakı tarixlərdə edilən birdəfəlik ödənişlərə 5% endirim tətbiq edilir.
Hər ilin aprel ayında keçirilən qəbul-güzəşt imtahanına əsasən, həm liseydə təhsil alan, həm də kənardan müraciət edən balabilgələr təhsil haqqına 10-100% arası güzəşt əldə edə bilər.
Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən təhsil haqqına:
Bu güzəştlər sadəcə “YAŞAT” Fondu vasitəsilə tətbiq olunur.
3 və daha artıq tədris ili ərzində Hədəf Şirkətlər Qrupuna daxil olan istənilən şirkətdə çalışan əməkdaşların övladları və ya qardaş-bacıları üçün 40%, 3 ildən az çalışan əməkdaşların övladları üçün 30% güzəşt tətbiq edilir.
Bir ailədən (sadəcə qardaş-bacı) ikinci uşağa görə 10%, üçüncü və daha çox uşağa görə hərəsinə 15% güzəşt edilir. Təhsil alanların təhsil haqları arasında fərq olduqda, endirim ən aşağı təhsil haqqına tətbiq olunur.
Hədəf Şirkətlər Qrupunun (kurs və lisey) məzunlarının övladları üçün 10% məzun endirimi edilir. Məzun endirimdən istifadə etmək üçün məzun olduğunu təsdiq edən sənəd və ya məzun olduğu filialın rəhbərinin rəyi təqdim edilməlidir.
Respublika fənn/layihə olimpiadalarında və Beynəlxalq fənn/layihə olimpiadalarında ilk 3 yeri tutmuş mərkəzin cari şagirdlərinin (növbəti dərs ilindən başlamaqla) və ya yeni müraciət edən şagirdlərin illik təhsil haqqına aşağıdakı qaydada endirim və güzəştlər tətbiq olunur:
Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlıq müqaviləsi bağlamış şirkətlərin çalışanları həmin şirkətin arayış və niyyət məktubunu təqdim etdikləri halda həmin şəxslərin övladlarına 10% güzəşt tətbiq edilir.
QEYD:
• Heç bir halda güzəştlər toplanılmır, ən yüksək güzəşt tətbiq edilir.
• Bütün güzəştlər sadəcə təhsil haqqı güzəştinə tətbiq edilir.
• Beynəlxalq Layihə Olimpiadalarının Respublika mərhələsə Respublika Layihə Olimpiadaları ilə eyni statusu daşıyır.
• Olimpiada qalibləri deyilərkən, sadəcə fərdi şəkildə qazanılan qalibiyyətlər nəzərdə tutulur.
• Hər hansl bir müsabiqə və ya bilik yarışları olimpiada statusu daşımır.
• Hədəf Liseyində təhsil aldığı ildən asılı olmayaraq, güzəşt cari ilin təhsil haqqı üzərindən hesablanılır.
• 50-100% güzəşt əldə etmiş şəxslərin ödənişi birdəfəlik ödənilir, hissələrə bölünmür və geri qaytarılmır.
• Bütün güzəştlər layihənin elan olunduğu tarixlərdə keçərlidir!