Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinə qəbul qaydaları

Hədəf STEAM Liseyinə qəbul qaydaları

Hədəf STEAM Liseyinə 2023-2024-cü tədris ili üçün qəbul-güzəşt qaydaları

2 və 9 Aprel tarixində Hədəf Liseyi Nəsimi və Qurtuluş filiallarına 2022-2023-ci tədris ili üçün qəbul-güzəşt imtahanı keçiriləcəkdir. 2 aprel 8,9,10-cu siniflər üçün, 9 aprel isə 2,3,4,5,6,7-ci siniflərin Azərbaycan və rus bölmələri üçün təşkil ediləcəkdir.

Güzəşt imtahanı Hədəf Liseyinə qəbul qaydasının əsas prinsipidir və hər il keçirilir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. Hədəf Liseyi milli və bəşəri dəyərlərə önəm verən milli təhsil brendidir, bunun üçün də istedadlı şagirdlərə dəstək olmaq, onların gələcəyinə yaxşı mənada təsir etmək məqsədi ilə şagirdlərin təhsil xərclərini tam və ya qismən olaraq öz üzərimizə götürməyə qərar verdik. Düşünürük ki, haqqı çatan, amma imkanı olmayan şagirdlər də bu şansdan yararlanaraq, özəl liseydə təhsil alıb, ölkəmizin və dünyamızın gələcəyinə faydalı bir insan kimi təqdim edilə bilərlər.

Sözsüz ki, güzəştlərdən yararlanmaq üçün şagirdlər müəyyən imtahandan keçərək bu şansı əldə etməlidirlər.

İmtahan nəticəsinə əsasən təhsil haqqına 10-larla şagirdə 100%, 100-lərlə şagirdə isə 10-70% dəyərində güzəşt imkanı yaradılacaq.

Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), Rus bölməsi üçün II-X siniflər üzrə (3-11-cu siniflərə qəbul), keçiriləcəkdir.

QEYD: Hədəf Cambridge İnternnational School üzrə qəbul məktəbəqədər, 1,2,3-cü siniflər üzrə aparılır, bu tədris ili üçün ingilis bölməsinə güzəştli təhsil nəzərdə tutulmayıb!

I və II siniflərə qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibə hər şagird üçün 25-30 dəqiqə müddətində davam edir. Müsahibə şagirdin məntiqi mühakimə qabiliyyətini, əl motorikasını, dünyagörüşünü, psixoloji durumunu, özünüifadə qabiliyyətini, yaş səviyyəsinə uyğun bilik bazasını ölçən sualları əhatə edir.

Qəbul-güzəşt imtahanı 3 fəndən ibarət olmaqla Azərbaycan və Rus bölmələri üzrə keçirilir: Tədris dili (Azərbaycan və rus dilləri) 20 sual, riyaziyyat 20 sual, İngilis dili 20 sual. Suallar ümumilikdə şagirdin təhsil aldığı ili əhatə etsə də, öncəki illərin mövzualrından da 50%-dən çox olmamaq şərtilə istifadə edilə bilər. 5, 6 və 7-ci siniflər üzrə güzəşt imtahanı buraxılış imtahanı proqramına uyğun hazırlanır, imtahan müddəti 120 dəqiqədir. 8, 9 və 10-cu siniflər üzrə güzəşt imtahanı buraxılış imtahanı proqramına uyğun hazırlanır, imtahan müddəti 180 dəqiqədir.

Qəbul- Güzəşt imtahanının nəticəsinə əsasən təhsil haqqına:

  • 91%-100% nəticə göstərən balabilgələr – 100% güzəşt;
  • 81%-90% nəticə göstərən balabilgələr – 70% güzəşt;
  • 71%-80% nəticə göstərən balabilgələr – 50% güzəşt;
  • 61%-70% nəticə göstərən balabilgələr – 30% güzəşt;
  • 51%-60% nəticə göstərən balabilgələr – 10% güzəşt əldə edəcəklər.

Güzəştlərlə bağlı əlavə qeydlər

  1. Bütün güzəştlər sadəcə təhsil haqqına şamil edilir, digər xidmətlərə aid edilmir. Belə ki, tədris ili ərzində istifadə edilən digər xidmətlər: tədris resursları, uniforma, vəsaitlər, proqram təminatı, tədris prosesinə aid nəqliyyat, sınaq imtahanları, yemək və s. ümumilikdə 1500 manat təşkil edir.
  2. Əgər siz övladınız üçün ön müqavilə bağlayaraq güzəşt imtahanında iştirak edirsinizsə, o zaman güzəşt əldə etməsə, bağladığınız müqavilə qüvvədə qalır, əgər güzəşt əldə edibsə, o zaman həmin güzəşt hesablanılır.
  3. Güzəştlər heç bir halda toplanılmır, ən böyük güzəşt nəzərə alınır. Bütün güzəştlər Elmi-Pedaqoji Şuranın təyin etdiyi əsas məbləğlər üzərindən hesablanılır.
  4. 50-100% güzəşt əldə etmiş şagirdlərin ödənişləri hissələrə bölünmür, birdəfəlik ödənilir və bu zaman birdəfəlik ödəniş güzəştindən istifadə edilmir.
  5. Hazırda Hədəf Liseyində təhsil alan şagirdlərin də bu güzəşt imtahanında iştirak etmə hüququ var və bu zaman onlarla kənar şagirdlər arasında heç bir ayrıcalıq nəzərdə tutulmur.
  6. Bütün güzəştlər 2023-2024-ci tədris ilinin təsdiq edilmiş əsas təhsil ödənişi məbləği üzərindən aparılır.
  7. Güzəşt imtahanında qazanılan güzəşt bir il üçün keçərlidir və hər il keçirilən güzəşt imtahanında əldə edilən bilik nəticəsinə görə təyin edilir.
  8. Qazanılan güzəşt nəticələrin elan olunmasından bir ay müddətində qüvvədədir. Bu müddət ərzində müqavilə bağlanılmasa güzəşt ləğv edilir.
  9. İmtahana giriş kuponunu Hədəf liseyinin hər iki filialından və Hədəf kurslarının bütün filiallarından əldə edə bilərsiniz. Güzəşt imtahanı iki mərkəzdə: Hədəf Liseyi Nəsimi və Qurtuluş filialında keçirilir.
  10. Güzəşt imtahanına qeydiyyat 05 yanvar - 07 aprel tarixlərində davam edəcək.
  11. Güzəşt imtahanına giriş kuponu 20 AZN təşkil edir.

Hədəf Liseyi və Hədəf Kurslarının birgə layihəsi

Hədəf Liseyi və Hədəf Kursları 9, 10, 11-ci sinif şagirdləri üçün yeni kampaniya elan edir!

  1. Əziz abituriyentlər, 15 ildir ki, fəaliyyət göstərən Hədəf Kursları abituriyent hazırılığı istiqaməti üzrə ciddi uğurlar əldə edib. Minlərlərlə tələbənin ali məktəblərə qəbul olunmasına dəstək verib. 10-dan çox Azərbaycan birincisi, 100-lərlə 600-dən çox bal toplayan şagirdlərin yetişdirilməsində peşəkar müəllim heyətinə sahib olan Hədəf Kurslarının təkrarolunmaz proqramı artıq 5 ildir ki, Hədəf Liseyində tədris edilir. Bunun nəticəsində 3 buraxılışı olan Hədəf Liseyi məzunları 100 % nəticə ilə ali məktəblərə qəbul olublar.
  2. Siz bu birglə layihəyə qoşulmaqla həm büdcənizə, həm zamanınıza qənaət etməklə yanaşı öz gələcəyinizi əmin, isti, fədakar əllərə etibar edəcəksiniz.
  3. Bildiyimiz kimi bu gün hazırlıq proqramını yerinə yetirmək üçün şagirdlərimiz həm məktəbə, həm də kurs və ya fərdi hazırlıq müəllimləri yanına getməli olur ki, bu da onların gün ərzində ciddi şəkildə yorğunluğuna səbəb olur. Məktəbə getmək, evbəev gəzmək, yollarda mənşəyi bəlli olmayan yeməklərlə qidalanmaq, dərs saatlarının ağırlığı, fiziki və psixoloji gərginlik onlarda ciddi depressiya yaradır. Bu baxımdan biz sizə həm lisey, həm də kurs olaraq vahid bir proqram təklif edirik.

Bununla övladınıza hazırlığa getmək üçün məktəbdən icazə almağa məcbur olmayacaq, hər ay keçirilən imtahanlarla övladınızın bilyini izləyəcək, məsul şəxslərdən aylıq hesabat alacaq, övladınızın təhlükəsizliyini təmin edə biləcəksiniz!

  1. Bu layihə sizə nə vəd edir:

- Buraxılış, Blok və SAT imtahanlarına hazırlıq;

- həftəlik 25 + 8 saat hazırlıq proqramı;

- gündə iki dəfə yemək və çay saatı;

- 50-yə yaxın dərs vəsaiti ilə təminat;

- məktəbli geyimi;

- il ərzində 12 sınaq imtahanı və statistik nəticələr;

- ixtisas seçimində və kodlaşdırmada mütəxəssis dəstəyi;

- psixoloji dəstək;

- aktiv sosial mühit;

  1. Tədris iki dildə, Azərbaycan və rus dillərində (tədris proqramı əlavə ediləcək) aparılır. Dərslər həftənin 5 günü 8:30-14:00 aralığında keçiriləcək.
  2. Güzəşt Hədəf Kursları və ya IX sinif DİM imtahanlarında 150 bal üzəri toplayan şagirdərə tətbiq ediləcək.

Tam paket olaraq ödəniş 8000 deyil, 5000 azn təşkil edəcək.