CIE proqramları və kvalifi kasiyaları beynəlxalq təhsil üçün qlobal standartı müəyyən edir. CIE Cambridge Universitetinin bir hissəsidir, 1951-ci ildən beynəlxalq proqramlar təklif edir və 160 ölkə və bölgələrdə 10.000 orta məktəbdə beynəlxalq səviyyədə tədris olunur. Hədəf Liseyinin Azərbaycan, rus və İngilis bölmələrində ikidilli təhsil proqramı olaraq Hədəf milli təhsil proqramı və beynəlxalq Cambridge proqramı tətbiq olunur.
College Board ABŞ daxilində və xaricində universitetlərə qəbul və yerləşdirilmədə istifadə olunan standart SAT, AP testləri hazırlayır və idarə edir. Hədəf Liseyi 2021-ci ilin may ayından rəsmi College Board üzvüdür, liseydə SAT imtahanlarına hazırlıq dərsləri təşkil edir.
HarperCollins Publishers dünyanın ikinci ən böyük nəşriyyatıdır, iki yüz illik tarixi vardır. Hədəf Liseyi beynəlxalq Cambridge dərsliklərinin idxalı üçün bu nəşriyyatla əməkdaşlıq edir.
European Schoolnet Brüsseldə yerləşən Avropa məktəb şəbəkəsidir, beynəlxalq təşkilatdır. Üzvləri Avropada təhsil nazirlikləri, məktəblər, müəllimlər, tədqiqatçılar və sənaye tərəfdaşlarıdır. Hədəf Liseyi bu şəbəkənin üzvü olaraq, təhsil və təlimə yeniliklər gətirməyi hədəfl əyir.
Hədəf Liseyi Türkiyənin Bilgi Koleji ilə qardaşlaşmış məktəbdir. Müəllimlər və balabilgələr arasında təcrübə mübadiləsi və bilik yarışları həyata keçirir.
“Əylənərək, öyrən” prinsipini özündə əsas götürən MATATAlab 4-9 yaş qrupları üzrə uşaqların robot texnologiyası və proqramlaşdırma ilə ilkin tanışlığı təmin edir. Burada uşaqlar kod blokları ilə asanlıqla ilkin kodlaşdırma bacarıqlarına yiyələnirlər.
Makeblock robotexnika sahəsində uzun illərdir ki, fəaliyyət göstərən dünya marakısıdır. Makeblock şirkəti robot mühənsliyinə yeni başlayanlar üçün robot texnologiyaları və proqram təminatı təqdim edir. Makeblock-un Airblock, Codey Rocky, mBot, Mbot Ranger, Ultimate kimi məhsulları Hədəf STEAM Liseyində də istifadə olunur.
Fischertechnic bir Alman markası olub,texniki göstəricilərinə görə mühəndislik sistemləri ilə ən yaxın dizayn və quruluşa sahibdir. Onun təməl blokları şagirdlərin mühəndislik və robot texnologiyaları sahəsində qavrayışlarının inkişaf etdirilməsinə hesablanıb.
Təhsil texnologiyaları üzrə dünyanın 40-dan çox ölkəsinə ixrac edən Emkotech sinif otaqlarının elektronlaşdırılması xidmətini təklif edir. Emkotech Ağıllı lövhələr və aksesauarlarla yanaşı bu qurğuların proqram təminatını da həyata keçirir.