Hədəf STEAM liseyi ilə YAŞAT Fondu nun qarşılıqlı əməkdaşlıq çərçivəsində 2023/2024-cü tədris ilində liseymizdə təhsil almaq üçün müraciət edən balabilgələrlə görüş keçirildi.
“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı qəhramancasına canlarını fəda etmiş şəhidlərimizin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək verir.
“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Hədəf STEAM liseyində 10 balabilgə ödənişsiz təhsil almaq hüququ qazandı. Ümumilikdə liseyimizdə 27 şəhid övladı təhsil almaqdadır. Qeyd edək ki, liseyə qəbul imtahan əsasında aparılır.
Vətən naminə canlarından keçən şəhidlərimizə vəfa borcumuzu yerinə yetirmək hər bir Azərbaycanlının borcudur. Gələcəyin mühəndisi, həkimi, müəllimi və vətənpərvər gəncləri olacaq kiçik balabilgələrimizə gələcək təhsil həyatında uğurlar arzulayırıq.
