Hədəfi böyük olanların liseyi

“Hədəfdə STEAM – 6” beynəlxalq interaktiv təlim-treninqi keçiriləcək.

Yan 26, 2024
“Hədəfdə STEAM – 6” beynəlxalq interaktiv təlim-treninqi keçiriləcək.

hedefliseyi.edu.az xəbər verir ki, 27 – 28 yanvar tarixlərində Hədəf STEAM Liseyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Eduhek, Robotzade, Hədəf Təlim və Karyera Mərkəzi və Hədəf Globalın birgə təşkilatçılığı ilə “Hədəfdə STEAM – 6” beynəlxalq interaktiv təlim-treninqi baş tutacaq.

Azərbaycanın ilk STEAM liseyi kimi fəaliyyət göstərən Hədəf Liseyi tərəfindən 2019-cu ildən bəri təşkil edilən təlim-treninq təhsil sahəsində çalışan tədqiqatçıları, müəllimləri bir araya gətirməklə müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsinin paylaşılmasını, yeni tədqiqatlara çağırış etmək ideyalarını əhatə edir.

Təlim çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadıqov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin STEAM mərkəzi rəhbəri Arzu Daşdəmirov, EduCo Beynəlxalq Qrupun CEO-su Ercüment Özayan, Hədəf Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayev öz təcrübələrindən yola çıxaraq müxtəlif mövzularda çıxış edəcəklər.

Əlavə olaraq müəllimlərin aşağıdakı bloklar üzrə məruzələri baş tutacaq:

  1. STEAM Junior (ibtidai təhsil pilləsi üzrə: Azərbaycan dili, riyaziyyat, informatika, həyat bilgisi, İnteraktiv Elm Muzeyi – elmə toxunuş) – qeyd olunan hər fənn üzrə 1 dərs;
  2. STEAM ICT (orta təhsil pilləsi üzrə: riyaziyyat, informatika, robototexnika, fischertechnik, İnteraktiv Elm Muzeyi – elmə toxunuş) – qeyd olunan hər fənn üzrə 1 dərs;
  3. STEAM Nature (kimya, fizika, biologiya, coğrafiya, İnteraktiv Elm Muzeyi – elmə toxunuş) – qeyd olunan hər fənn üzrə 1 dərs;
  4. Humanitar fənlər (orta təhsil pilləsi üzrə: Azərbaycan dili, ədəbiyyat, tarix, İnteraktiv Elm Muzeyi – elmə toxunuş) – Azərbaycan dili üzrə 2 dərs, ədəbiyyat və tarix üzrə 1 dərs;
  5. Xarici dil – CILIL metodu (ingilis dili, rus dili, alman dili, İnteraktiv Elm Muzeyi – elmə toxunuş) – ingilis dili üzrə 2 dərs, rus və alman dilləri üzrə 1 dərs.

Təlim-treninqin STEAM dərs nümunələri, sərgi və geniş mövzulu plenar sessiyalarında paytaxt və regionlardan 200 nəfərə yaxın müəllim heyəti və təhsil işçilərinin iştirakı gözlənilir.