7 aprel tarixində Hədəf STEAM Liseyinin Bakı və Abşeron filiallarında “Hədəfdə bir gün layihəsi” keçirildi. Layihə Azərbaycan və rus bölmələri üzrə I – VIII siniflər arasında təşkil edilib. Layihənin əsas məqsədi şagird və valideynləri bir günlük təhsil turu əsasında liseylə yaxından tanış etmək, əyani dərs mühitini təşkil edərək şagirdlərə hədəfçi olmağın üstünlükləri və fərqlərini göstərməkdir.
Layihə müddətində şagirdlərə inteqrativ STEAM dərsləri keçirildi. “STEAM nədir?” başlığı altında geniş məlumat verildi, şagirdlərlə müxtəlif tapşırıqlar yerinə yetirildi, kollektiv və fərdi fikir mübadiləsi aparıldı, yaradıcı ideyaları ilə tanış olundu, sualları cavablandırıldı. Şagirdlərdə sağlam rəqabət və komanda ilə işləmək bacarığını formalaşdırmaq məqsədilə bilik yarışı keçirildi.
İnteraktiv Elm Muzeyinə səyahət zamanı şagirdlərin təəccübünə və marağına səbəb olan 150-dən çox eksponatla, texniki avadınlıqların iş prinsipi, coğrafi hadisələrin “sirləri” ilə tanış oldular. Müxtəlif müzakirələr aparıldı, qonaqların suallarına əhatəli cavablar verildi.
Yemək fasiləsi zamanı şagirdlər liseyin menyusu, qidalanma sistemi, ümumi mətbəx qaydaları ilə tanış olub yemək süfrəsinə və çay fasiləsinə qonaq oldular, qidalanma rejimi haqqında müsbət fikirlərini bölüşdülər.
Günün davamında “London Bus”da, “Zəfər” otağında və “Dədə Qorqud” çadırında müxtəlif yaradıcı və əyləncəli oyun və fəaliyyətlər təşkil edildi. Şahmat, rəsm, rəqs, futbol, basketbol, voleybol və əyləncəli oyunlar təşkil olundu. Bir-birlərinin rəsm əsərlərini qiymətləndirdilər. Sonda şagirdlərə qəbul-güzəşt imtahanı bileti və hədiyyələr təqdim olundu.
Eyni zamanda valideyn iclası keçirildi. Valideynlərə Hədəf konsepti, dərs cədvəli və dərs metodları haqqında məlumat verildi, sualları ətraflı şəkildə cavablandırıldı. Sonda valideynlər bu əyləncəli və səmərəli gün üçün öz təşəkkürlərini bildirdilər.