Hədəf STEAM Liseyinin Bakı filialının Nəsimi korpusunda 2-3 sentyabr tarixlərini əhatə edən ənənəvi “Bizdən-bizə” layihəsi keçirildi.
Layihə proqramı çərçivəsində:
• Təranə Sadıqzadə “Müəllimin metodik daxılı. Hər yeni dərs – yeni ideyadır”
• Günel Xəlilova “Təhsildə süni zəka”
• Rəşad Əmirgünəyev “Microsoft 365-dən istifadə və məlumat paylaşımı”
• Zərinə Əliyeva “Özünü və şagirdini tanı”
• Könül İsmayılova “Peşəkar inkişafa bir addım”
• Fatimə Mürşüdova “Hədəf Konseptində qiymətləndirmə” mövzularında çıxış etdilər.
Layihənin proqramına təlim-tərbiyə işinin təşkili, fəal dərsin qurulması, müəllimin etik davranış qaydaları, uşaqlarla effektiv ünsiyyət və ümumilikdə, 6 müxtəlif mövzuda olduqca maraqlı, faydalı, öyrədici təlim və seminarlar daxil idi.
Təlim-seminarda müəllimlərə vəzifə öhdəlikləri, yeni tədris ilində görüləcək işlər, təlim-tərbiyə işinin təşkili, çətin uşaqlarla iş, STEAM təlimləri barədə ətraflı məlumat verildi.
Heyətə qoşulan yeni gənc müəllimlərin istedadının üzə çıxarılması, biliyin paylaşılması və komandanın stimullaşdırılması üçün təşkil olunan “Bizdən-bizə” layihəsi ildə 2 dəfə olmaqla təşkil edilir.