2 noyabr tarixində Hədəf STEAM Liseyi balabilgələrimizin vətənpərvərlik ruhunu daha da artıqmaq, Zəfər tarixi bayramının əhəmiyyətini və ordumuzun hərbi qüdrətini balabilgələrə göstərmək məqsədilə Milli Müdafiə Universitetində görüş təyin olundu.
Öncəliklə balabilgələrimiz Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayor Həzi Aslanovun abidəsi önünə güllər qoydular.
Daha sonra hərbi tariximizi əks etdirən və 1992-ci ildən fəaliyyət göstərən muzeylə tanış oldular. Muzeydə 12 minə qədər eksponat qorunur.
Cümhuriyyət, İkinci dünya müharibəsi, Qarabağ müharibələrinə aid eksponatlar və silahlar nümayiş olunur.
Məsələn, Karabin tipli silah, Kalaşnikov avtomatı, Albino- baranova tüfəngi, Dekteryov pulemyotu, Simonov əl pulemyotu və digər silahlar.
Həmçinin açıq ekspozisiyada ağır texnika, artilleriya topları ve qurğuları, Hərbi Hava Qüvvələrinə aid vertalyotlar, Hərbi Dəniz Qüvvələrinə aid avadanlıqlar nümayiş olunur.