Hədəfi böyük olanların liseyi

"Hədəf STEAM Liseyində Lisey Bilgəsi Seçkisi: Rəsul Rəsulzadə Qalib Oldu!"

Noy 04, 2024
"Hədəf STEAM Liseyində Lisey Bilgəsi Seçkisi: Rəsul Rəsulzadə Qalib Oldu!"

 Hədəf STEAM Liseyi Qurtuluş korpusunda bilgə seçkisi başa çatdı!
 
8a3 sinif balabilgəsi Rəsul Rəsulzadə lisey bilgəsi seçildi. 
 
Sinif bilgələri öz aralarından lisey bilgəsini seçdilər. Seçkidə bilgələrin valideynləri, müəllimlər və rəhbərlik iştirak etdi.
Lisey bilgəsi kubok, sertifikat və sosial fəaliyyət üçün nəzərdə tutulan 100 manatlıq mükafatla təltif edildi. Sonda isə təsisçi nümayəndəsi Zülfiyyə Sadiqova və icraçı direktor Məmməd Məmmədli lisey bilgəsini təbrik edib fəaliyyətində uğurlar arzuladılar.

 Lisey bilgəsi tədris ili boyunca fəaliyyəti göstərəcək, sosial işlər, layihələrin həyata keçirilməsi prosesi onun nəzarətində olacaq. Bir günlük lisey direktoru olaraq idarəetmədə də iştirak edəcək.