“Balabilgə STEAM Lab” müsabiqəsi keçirildi!
Hədəf STEAM Liseyində ibtidai sinif balabilgələrinin iştirakı ilə “Balabilgə STEAM Lab” müsabiqəsi baş tutdu.
Balabilgələr elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini əhatə edən yaradıcı və innovativ layihələrini təqdim etdilər.
Təqdim olunan işlər münsiflər heyəti tərəfindən yaradıcılıq, məntiqi düşünmə və funksionallıq meyarları əsasında qiymətləndirildi.
Müsabiqədə iştirak edən bütün siniflər sertifikatlarla təltif olundu.
Qiymətləndirmənin nəticələrinə əsasən 3 STEAM işi qalib elan edildi və qaliblər qalib sertifikatları ilə mükafatlandırıldı.
Bu müsabiqə balabilgələrin erkən yaşlardan STEAM sahələrinə marağının artmasına və yaradıcı düşünmə bacarıqlarının inkişafına mühüm töhfə verdi.