Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Akhadkhon Najmitdinov Hədəf Stars International Campus-a rəsmi səfər edib.
Səfər çərçivəsində qonağı Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq qarşılayıb. Görüşün ilk hissəsində qonaq Şəmil Sadiqin müşayiəti ilə kampusun nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyi ilə tanış olub. Muzeydə nümayiş etdirilən elmi eksponatlar, interaktiv təcrübələr və şagirdlərin elmi dünyagörüşünün formalaşmasına, tədqiqatçılıq bacarıqlarının inkişafına xidmət edən imkanlar barədə ətraflı məlumat verilib.
Daha sonra Akhadkhon Najmitdinov Hədəf Art School-un fəaliyyəti, yaradıcılıq mühiti və burada şagirdlər üçün yaradılan imkanlarla tanış olub. Qonağa incəsənət təhsilinin inkişafı istiqamətində həyata keçirilən layihələr, eləcə də kampusun digər tədris məkanları və müasir təhsil infrastrukturu haqqında məlumat təqdim edilib.
Tanışlıq zamanı təhsildə innovativ yanaşmaların tətbiqi, şagirdlərin hərtərəfli inkişafı, elmi və yaradıcı düşüncənin təşviqi kimi məsələlər diqqət mərkəzində olub. Kampusun təhsil mühiti və həyata keçirilən fəaliyyətlər qonağın marağına səbəb olub.
Səfərin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, qonağa Hədəf Şirkətlər Qrupunun fəaliyyəti və təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər barədə əlavə məlumat verilib. Görüşün xoş təəssüratlarını əks etdirən xatirə fotoları çəkilib, tərəflər arasında səmimi və yaddaqalan anlar yaşanıb.
Hədəf Şirkətlər Qrupu olaraq Akhadkhon Najmitdinova Hədəf Stars International Campus-a göstərdiyi diqqətə, səfərinə və səmimi görüşə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.