Hədəf STEAM Liseyində 30 – 31 yanvar, 1 fevral tarixlərində baş tutan “STEAM qış düşərgəsi” yekunlaşıb.
Şagirdlərimiz 3 gün valideynlərindən uzaqda əyləncə dolu günlər yaşayıblar.
Kamp iştirakçılarına STEAM əsaslı dərs nümunələri göstərilib. Həmçinin ingilis dili danışıq dərsləri təşkil olundu. Balacalar şəhər turuna çıxıblar və xalça muzeyinə, Nohurgölə, Tufandağa və "Qəbəland"a gediblər.
Aktiv keçən düşərgəmizdə bilik yarışı da təşkil olunub. Qruplara bölünən uşaqlara dünyagörüş, mədəniyyət, idman, musiqi ilə bağlı suallar verilib. Hər doğru cavab bir balla qiymətləndirilib. On bir komanda arasından ən çox suala cavab verən üç komandanın iştirakçıları medalla təltif olunublar. Bundan əlavə, "Mini Robot" yarışı təşkil olundu.
Şagirdlər müəllimlərin nəzarəti ilə asudə vaxtlarda hotelin qapalı hovuzu, fitnes zalı, qapalı tennis kortu və oyun meydançasından istifadə ediblər. İştirakçılar arasında “playstation” yarışı keçirilib. Liseyin idman zalında müxtəlif oyunlar, o cümlədən futbol oynayıblar
3 gün içində iştirakçılarımız həm əyləniblər, həm də maraqlı, interaktiv, öyrədici vaxt keçiriblər.
Sonda iştirakçılara Hədəf Beynəlxalq Kembric Məktəbinin sertifikatı verilib.