Hədəfi böyük olanların liseyi

Hədəf STEAM Liseyinin Abşeron filialında Hədəf konseptinə əsasən keçirilən "Atalar liseydə" layihəsi baş tutdu!

Dek 09, 2024
Hədəf STEAM Liseyinin Abşeron filialında Hədəf konseptinə əsasən keçirilən "Atalar liseydə" layihəsi baş tutdu!

Filialın icraçı direktoru Məmməd Məmmədli valideynləri salamladı. O, balabilgələrin atalarına yazdıqları anonim məktublardan xüsusi diqqət çəkən bir neçəsini oxudu. Layihənin valideyndən-valideynə hissəsində liseyin valideynləri "Övladlarımızın gələcək həyatında proqramlaşdırmanın əhəmiyyəti" mövzusunda Anar Xocayev, "Süni intellektlə emosiyaların tanınması" mövzusunda Məmməd Kərimli, "Biznesin idarə edilməsi" mövzusunda Samir Hümbətli çıxış etdi.

Daha sonra valideynlər çay-furşet masası ətrafında həm balabilgələrin məktubları ilə tanış oldular, həm də bir sıra sosial fəaliyyətlərdə iştirak etdilər. Hər il olduğu kimi layihə valideynlərin böyük marağına səbəb oldu.

"Atalar liseydə" layihəsi valideyn-lisey əlaqələrinin genişləndirilməsi, valideyn-müəllim, valideyn-valideyn münasibətlərinin səmərəli təşkili, faydalı ünsiyyət mühitinin yaradılması məqsədilə keçirilir.
Layihə çərçivəsində liseyin ata valideynləri üçün nəzərdə tutulan proqramda atalar bir günlük liseyin sosial tədbirlərində, stolüstü tennis, şahmat, nərd, voleybol, futbol, domino, oxatma dərnəklərdə, müxtəlif seminarlarda iştirak edir, səmərəli vaxt keçirirlər.

Atalar liseyə dəvət olunan həftə balabilgələr tərəfindən "Atama anonim məktub" adlı məktub yazılır, atalar uşaqlarının gözü ilə özlərini görürlər.