Hədəfi böyük olanların liseyi

"Lisey Bilgəsi" seçkisi keçirildi.

Okt 30, 2024
"Lisey Bilgəsi" seçkisi keçirildi.

 29 oktyabr tarixində Hədəf STEAM Liseyi Nəsimi korpusunda "Lisey Bilgəsi" seçkisi keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu, filialın icraçı direktoru Vəli Vəlizadə qonaqları salamlamayaraq namizədlərə uğur arzuladı. Hədəf liseyləri üzrə icraçı direktor Nizami Hüseynov çıxış edərək tədbirin önəmi və layihənin məqsədi haqqında məlumat verdi və namizədlərə uğurlar arzuladı.

İdarə heyəti, müəllimlərin, valideynlərin və balabilgələrin iştirakı ilə baş tutan seçkidə sinif bilgələri öz təqdimatları ilə çıxış etdilər və iştirakçıların səsverməsi nəticəsində 7E1 sinif balabilgəsi Murad Həsənli Lisey Bilgəsi seçildi.

Sonda icraçı direktor Vəli Vəlizadə Lisey Bilgəsini təbrik etdi, sertifikat və mükafatını təqdim etdi, daha sonra xatirə şəkli çəkildi.

 Balabilgəmizi təbrik edir və uğurlar arzu edirik!

 Hədəfi böyük olanların ünvanı!