Hədəfi böyük olanların liseyi

“Balabilgə” elmi-kütləvi məktəbli dərgisinin üçüncü sayı!

Okt 25, 2024
“Balabilgə” elmi-kütləvi məktəbli dərgisinin üçüncü sayı!

Hədəf STEAM Liseyi Bakı və Abşeron filialının balabilgələri Hədəf Nəşrlərinin uşaqlar üçün təsis etdiyi “Balabilgə” elmi-kütləvi məktəbli dərgisinin üçüncü sayını əldə etdilər. Dərgiyə abunə olmuş balabilgələr bu nəşri həvəslə qarşıladılar və dərgiyə yeni oxucular da abunə oldu. 

 8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulan dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur.

Dərgidə “Alimləri tanıyaq”, “Bir gün bir filmə baxdım...”, “Gəl STEAM oynayaq”, “Qəribə canlılar”, “Tarixi elmi ixtiralar”, “Kitabını göstər” rubrikaları yer alır.

 Bundan başqa dərgidə uşaqların dünyagörüşünün inkişafına hesablanmış krossvord və daşlarını özləri kartondan hazırlamalı olduqları dama oyunu var. 

 Abunə olmaq istəyən şəxslər +994 77 343 80 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.