Hədəfi böyük olanların liseyi

Hədəf Liseyində valideyn iclasları keçirildi

Avq 29, 2025
Hədəf Liseyində valideyn iclasları keçirildi

Bu gün – 29 avqust tarixində Hədəf Liseyinin Azadlıq filialı və Qurtuluş korpusunda abituriyent siniflərinin valideyn iclasları baş tutdu.

Azadlıq filialında keçirilən iclasda filialın icraçı direktoru Zülfiyyə Sadıqova və direktor müavini Yaşar Zeynalov liseyin ümumi konsepti, təhsil strategiyası, akademik göstəricilər, sosial fəaliyyətlər və valideynləri maraqlandıran mövzular barədə ətraflı məlumat verdilər.

Qurtuluş korpusunda keçirilən iclasda isə V–XI siniflər üzrə direktor müavini Elmar Əliyev açılış nitqi ilə çıxış etdi. Daha sonra söz icraçı direktor Məmməd müəllimə verildi. O, valideynləri Hədəf konsepti, yeni tədris ilində qarşıya qoyulan hədəflər və təhsil planı ilə tanış etdi. Ardınca valideynlər fənn müəllimləri ilə görüşərək tədris prosesi barədə məlumat aldılar.

 Qeyd edək ki, Hədəf Hazırlıq Məktəbində dərslər 1 sentyabr tarixində başlayır.

Sonda valideynlərin sualları cavablandırıldı, onların təklifləri dinlənildi.

 Hər bir əməkdaşımıza yeni tədris ilində möhkəm cansağlığı, bol uğurlar və yüksək nəticələr arzulayırıq!