Liseyimizdə xüsusi drama dərsləri də tədris olunur. Drama dərsləri balabilgələrimizin özünüifadə, özgüvən, təqdimat bacarıqlarının inkişaf etdirilməsi üçün tədris planımızda yer almış, Azərbaycan və rus bölmələri 1-5-ci siniflərdə təşkil edilir. Həmçinin, bu bacarıqların və balabilgələrin digər istedadlarının üzə çıxarılması üçün “Teatr Klubu” da fəaliyyət göstərir. Burada Azərbaycan və dünya ədəbiyyatının müxtəlif inciləri səhnələşdirilir.