PKPD
(Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi
Ümumi müddəalar
1. Hədəf liseyinin pedaqoji kadrların (ştat, yarımştat, saathesabı işçilərin) performans dəyərləndirilməsi (attestasiyası) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Təhsil Qanununa uyğun Ümumtəhsil məktəblərin pedaqoji işçilərin attestasiyasına əsaslanaraq attestasiya qaydalarını, məsələlərini və prinsiplərini təyin etməklə keçirilir.
2. Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi müəllimlərin professional fəaliyyətinin qiymətləndirilməsi əsasında tutduğu vəzifənin uyğunluğunun təsdiqlənməsi məqsədilə aparılır.
3. Pedaqoji Kadrların Performans Dəyərləndirilməsinin keçirilməsinin əsas məsələləri:
- pedaqoji işçilərin müntəzəm olaraq ixtisas səviyyələrinin yüksəldilməsinin, düzgün istiqamətləndirilməsinin stimullaşdırılması
- pedaqoji işçilərin kvalifikasiyasının artırılması vacibliyi
- pedaqoji fəaliyyətinin keyfiyyətinin və effektivliyinin yüksəlməsi
- pedaqoji işçilərin potensial imkanlarından istifadəsinin aşkarlanması
4. PKPD-nin keçirilmə prinsipləri aşkarlıq, pedaqoji işçilərə obyektiv yanaşma, hamı üçün ədalətli və bərabər şərtlərlə qiymətləndirmə prosesinin həyata keçirilməsi, attestasiya zamanı müəllimlərin diskriminasiyasına yol verməməkdir.
5. Pedaqoji işçilərin professional fəaliyyəti hər il aparılır və attestasiya komissiyası tərəfindən qiymətləndirilir
6. Lisey direktorunun əmrinə əsasən Attestasiya komissiyasının sədri, komissiya sədrinin müavini, katib və komissiya üzvlərindən ibarət olur.
7. Attestasiya komissiyasının katibi attestasiyada iştirak edəcək müəllim siyahısı və attestasiyanın qrafiki ilə müəllim heyətini attestasiya vaxtından 30 təqvim günündən gec olmayaraq məlumatlandırır və müəllimlərin bu qrafiklə tanış olmaqlarının təsdiqlənməsini qeydiyyata alır.
8. Pedaqoji heyətin dəyərləndirilməsi aşağıdakı meyarlar üzrə ümumi 100 bal şkala ilə qiymətləndirilir. Bura aiddir:
Pedaqoji işçinin
- balabilgə dəyərləndirilməsi – 30 bal
- özü-özünün qiymətləndirilməsi – 10 bal
- rəhbərlik tərəfindən qiymətləndirilməsi – 10 bal
- müəllimin peşəkər inkişaf portfoliosu – 50 bal