Bu müşahidə növü balabilgələrin fənləri mənimsəməsini ölçən bir prosesdir. BİAM bütün fənlərin hamısından II-VIII sinifl ər üzrə ildə iki dəfə(yanvar və iyun aylarında) BİQ imtahanları bölmə rəhbərinin nəzarəti ilə hazırlanmış müəyyən tapşırıqlar əsasında BİMM tərəfindən aparılır. İldə iki dəfə KİQ imtahanları isə noyabr və aprel aylarında hər bir fənn müəllimi
tərəfindən elan olunan tarixə qədər keçirilir. Nəticələri isə müəllimlər imtahandan dərhal sonra hazırlayıb BİMM-ə göndərməlidirlər. Müəllimlərdən alınan nəticələr sistemə yazılır, reytinq cədvəli hazırlanır, məktəbin
ilkləri elan edilib mükafatlandırılır. Nəticəsi qənaətbəxş olmayan balabilgələr üçün xüsusi proqram qurulub müəllimi tərəfindən əlavələrə cəlb edilir. Təhsil Nazirliyinin qiymətləndirmə standartları əsasında aparılan bu yoxlamaya bütün fənlər daxil edilməklə yanaşı bir əlavə imtahan olaraq inteqrativ qiymətləndirmə də daxil edilir.
Dəyərli Hədəf STEAM Liseyinin pedaqoji heyəti, təhsil verdiyiniz balabilgələrin əldə etdikləri bilik səviyyələrinin müəyyən edilməsi məqsədilə liseyimizdə keçirilməsi nəzərdə tutulan 2-9-cu siniflər üçün BİAM qaydaları lisey rəhbərliyinin razılığı əsasında aşağıda qeyd olunan formada aparılacaqdır.
1. Suallar 3 çətinlik səviyyəsinə uyğun olaraq tərtib ediləcəkdir. Belə ki, 10 sualdan 5-i asan, 4-ü orta, 1 sual isə orta-çətin olmaqla hazırlanacaqdır. Bütün fənlərdə fəndaxili (ən azı 4 sual) və fənlərarası (ən azı 1 sual) inteqrasiyadan mütləq istifadə olunmalıdır.
QEYD: Fənlərarası inteqrasiya sullarına nümunə testlər aşağıda qeyd olunmuşdur.
Hər iki bölmə üçün suallar eyni olmalıdır. (istisna tədris dili) Nəzərə almaq lazımdır ki, sual kitabçası ağ-qara rənglərdə çap olunacaq. Rəngin önəmi olan şəkilli suallardan istifadə etmək olmaz.
2. Tapşırıqların qiymətləndirilməsində hər test tapşırığı 10 bal olmaqla ümumilikdə 100 bal olmalıdır.
3. İmtahan tapşırıqlarının hazırlanma prosesinin düzgünlüyünə nəzarət kafedra rəhbərlərinə həvalə olunur. Təqdim olunan tapşırıqlardakı yanlışlıqlara görə məsuliyyəti kafedra rəhbərləri daşıyır. Suallar müəllimlərdən toplanaraq, kafedra müdiri tərəfindən tərtib edilir. Belə ki, hər müəllimin öz sinfi üçün test tərtib etməli olduğu prinsipi yanlışdır və qəbuledilməzdir. Tapşırıqların tərtibi zamanı verilən ardıcıllığı pozmaq olmaz. Əks halda tapşırıqlar kafedra rəhbərlərinə yenidən qaytarılacaqdır. Suallar doğru cavablar qeyd olunmaqla əvvəlcədən elan olunan tarixə qədər BİMM-ə kafedra rəhbərləri tərəfi ndən aşağıdakı şərtlərlə təqdim edilməlidir. Suallar vaxtından gec göndərilərsə, müdiriyyət tərəfindən xəbərdarlıq ediləcək. Bütün siniflər üzrə suallar1 qovluqda olmalıdır. Qovluq adı, bölmənin adı, imtahan növünün adı (KİQ-1, BİQ-1 və s.) yazılmaqla (.rar faylı şəklində) təhvil verilməlidir. Suallar əvvəlcədən elan olunan tarixə qədər keçirilən mövzuları əhatə etməlidir. Suallar bütün fənlər üzrə hər iki filial üçün eyni olmalıdır. Tapşırıqların balabilgələrə əvvəlcədən hər hansı formada çatdırılması halları müşahidə olunarsa, həmin fənn müəlliminə əmək haqqından ciddi bir məbləğ tutulmaqla töhmət və ya xəbərdarlıq ediləcək.
4. İmtahan keçiriləcək siniflər üzrə fənlərin siyahısı aşağıdakı kimidir:
II sinif Azərbaycan bölməsi: Azərbaycan dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, rus dili;
II sinif rus bölməsi: Rus dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, Azərbaycan dili;
IlI sinif Azərbaycan bölməsi: Azərbaycan dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, rus dili, informatika;
III sinif rus bölməsi: Rus dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, Azərbaycan dili, informatika;
IV sinif Azərbaycan bölməsi: Azərbaycan dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, rus dili, informatika;IV sinif rus bölməsi: Rus dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, Azərbaycan dili, informatika;
V sinif Azərbaycan bölməsi: Azərbaycan dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, rus dili, informatika, ədəbiyyat, tarix;
V sinif rus bölməsi: Rus dili, riyaziyyat, İngilis dili, Həyat bilgisi, ədəbiyyat, tarix, alman dili, Azərbaycan dili, informatika;
VI sinif Azərbaycan bölməsi: Azərbaycan dili, riyaziyyat, İngilis dili, rus dili, informatika, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, coğrafiya, biologiya, fi zika, Həyat bilgisi;
VI sinif rus bölməsi: Rus dili, riyaziyyat, İngilis dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, alman dili, Azərbaycan dili, informatika, coğrafiya, biologiya, fi zika, Həyat bilgisi;
VII sinif Azərbaycan bölməsi: Azərbaycan dili, riyaziyyat, İngilis dili, rus dili, informatika, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, coğrafiya, biologiya, fizika, kimya, Həyat bilgisi;
VII sinif rus bölməsi: Rus dili, riyaziyyat, İngilis dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, alman dili, Azərbaycan dili, informatika, coğrafiya, biologiya, fi zika, kimya, Həyat bilgisi;
VIII sinif Azərbaycan bölməsi: Azərbaycan dili, riyaziyyat, İngilis dili, rus dili, informatika, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, coğrafiya, biologiya, fi zika, kimya, Həyat bilgisi;
VIII sinif rus bölməsi: Rus dili, riyaziyyat, İngilis dili, ədəbiyyat, tarix, alman dili, Azərbaycan dili, informatika, coğrafi ya, biologiya, fi zika,kimya, Həyat bilgisi;
IX-XI sinifl ər üzrə: BİAM nəticələri olaraq MQT və ÜQT nəticələri əsas götürülür.
İngilis dili kafedrası üçün xüsusi qeyd: İngilis dili fənni üzrə kafedra rəhbərinin təlimatı ilə speaking və listening üçün ildə 2 dəfə HELT imtahanı keçirilir. Bununla yanaşı ingilis dilində tədris olunan fənlərdən də ümumilikdə 10 sual sual tərtib olunub BİMM-ə təhvil verilməlidir. BİMM-in keçirdiyi imtahan ilə HELT imtahanının orta nəticəsi 100 bal üzrə qiymətləndirilir.
QEYD: HELT təlimatı aşağıda qeyd olunacaq.
5. İmtahanların keçirilməsi və sualların tərtibatına BİMM şöbəsi cavabdehdir.
6. İmtahan ənənəvi şəkildə (canlı) keçirilir.
7. İmtahanlar bütün fənlər üzrə bir gündə keçirilir. İbtidai sinifl ər üçün imtahan müddəti 120 dəqiqə, V-VIII sinifl ər üçün imtahan müddəti isə 180 dəqiqədir.
8. Bütün sinifl ər üzrə texnologiya, fi ziki tərbiyə, təsviri incəsənət, musiqi fənlərindən imtahan keçirilməyəcək və 2-ci yarımil qiymətləri (100 bal üzərindən) müəllimlər tərəfi ndən bacarıqlarına və diaqnostik qiymətləndirmələrə görə təyin ediləcək.
9. Gimnastika, drama, şahmat və məntiq fənlərindən qiymət yazılmayacaq.10. İmtahan nəticələri xüsusi tərtib olunmuş formada valideynlərə təqdim olunur. İmtahan nəticələrinin valideynlərə təqdimat vərəqi (Əlavə 1.) təlimata əlavə edilmişdir.
11. İmtahan nəticələri müəyyən olunduqdan sonra balabilgələrin imtahangöstəriciləri elektronlaşdırılır. Balabilgələrin hər fənn üzrə və hər imtahan üzrə inkişaf dinamikası müəyyənləşdirilir. Buna əsasən hansı balabilgənin hansı fəndən geriləməsi və eyni zamanda bütün sinif üzrə hansı fənnin nəticələrinin enməsi və ya qalxması müşahidə olunur və müəyyən tədbirlər görülür. Nəticələr analiz olunaraq rəhbərliyə təqdim edilir. Digər tərəfdən, hər imtahan üzrə balabilgələr və müəllimlər üçün
reytinq cədvəli hazırlanır. Cari imtahan üzrə ilk 3 yeri qazanmış balabilgələrə lisey heyəti, valideynləri və sinif yoldaşları qarşısında sertifi kat və müvafiq hədiyyələr təqdim olunur. İllik qiymətlərinə görə liseyin ən çox bal toplamış 3 balabilgəsi isə “İlin Bilicisi” nominasiyası ilə təltif olunur. Müəllimlərin reytinq cədvəli isə Pedaqoji Şura iclasında müzakirə olunur. Balabilgələrin ortalama mənimsəmə faizi əsasən PKD-də (Pedaqoji Kadrların Dəyərləndirilməsi) istifadə edilir.
12. I yarımil balı olaraq yalnız BİQ-1 balı götürülür, II yarımil balı isə BİQ-2 balı olaraq götürülür. İllik nəticə I yarımil nəticəsi ilə, II yarımil nəticəsinin ədədi ortası olaraq müəyyənləşdirilir. Ümumilikdə çıxarılan qiymət həmişə balabilgənin xeyrinə hesablanır.