Hədəf Konseptinə məxsus xüsusi dizaynla hazırlanmış Da Vinçi Yaradıcılıq otağı şagirdlərimizin böyük bəşəri nailiyyət olan incəsənətin müxtəlif sahələri və böyük sənət əsərləri mövzusunda fikir-alışverişi, bilgi və ideya mübadiləsi edə biləcəkləri, hər müasir insanın intellektual hazırlığının tamamlayıcı hissəsi olan sənət tarixi, fəlsəfəsi, ideyaları haqqında ilk məlumatları alıb tədricən mövzu haqqında dərin dünyagörüşü qazanacaqları məkandır.