İT laboratoriyamızda şagirdlər informatika və informasiya texnologiyalarının nəzəri və tətbiqi prinsip və anlayışları ilə tanış olacaq, hesablama düşüncəsi vərdişlərinə yiyələnəcək, müxtəlif proqramlaşdırma dilləri ilə tanış olacaqlar.
Öyrəndikləri bilikləri müəllim nəzarətində müxtəlif praktik məsələlərə tətbiq edəcək, inteqrativ proqramımızın tərkib hissəsi olaraq müxtəlif oyunlardan praktik tətbiqlərə qədər həllər tapacaq, onlar üçün alqoritmlər yazacaqlar.