Bu otaqda şagirdlərimiz 100 dən çox intellektual oyunla tanış olacaqlar. Məntiq və zəka oyunları sinfi şagirdlərin asudə vaxtlarını səmərəli keçirə bilmələri üçün yaradılmış, qrup rəhbərləri tərəfindən günün müxtəlif saatlarında beyin gimnastikası ilə məşğul ola biləcəkləri mühitdir. Bu otaqda partalar yoxdur, şagirdlər sərbəst şəkildə yerdə oturur, formalizmdən azad olaraq yaradıcı zəkalarını sərbəst şəkildə istifadə edirlər.
Belə oyunlar inkişaf mərhələsindəki şagirdlərin beyinlərində sinaptik bağlantıların artırılması, zəkalarının azad şəkildə fəaliyyəti və məntiqi mühakiməni öyrənmələri üçün olduqca vacibdir.